Xoşbəxtlik hormonunu artırmaqla tanınan şokolad həm sadə, həm də desert reseptlərində tez-tez istifadə olunur. Xammalı kakao paxlası olan bu məhsul dünyanın bir çox yerlərində ən məşhur delikateslər sırasındadır.
Əsasən 3 fərqli növü var: südlü, qara və damcı şokolad. Onun tərkibində karamel, meyvə sousları və qoz-fındıq istifadə edilə bilər. Adını eşidəndə belə sizi sevindirən şokolad haqqında hər şeyi bilirsinizmi? Dadlı şokolad haqqında ən fərqli və maraqlı məlumatları sizin üçün topladıq:

Dünyada ən çox şokolad yeyən ölkələr İsveçrə və İngiltərədir. Bundan əlavə, qadınlar kişilərdən daha çox şokolad yeyirlər. Qədim dövrlərdə azteklər pul vahidi kimi kakao paxlalarından istifadə edirdilər. Tədqiqatçıların fikrincə, şokolad cinsi istəyi artırır. Şokoladda qan təzyiqini artıran və ürək döyüntüsünü sürətləndirən stimulantlar var. Kakao ağaclarının orta ömrü 200 il olsa da, yalnız 25 il meyvə verir.
Şokoladın qoxusu beyində teta dalğalarını stimullaşdırır və rahatlıq verir. Antioksidant xüsusiyyətləri sayəsində qan təzyiqini də aşağı salmağa kömək edir. Şokolad ilk dəfə şirin qida deyildi, ədviyyatlarla qarışdırılaraq hazırlanan içki kimi təqdim edilmişdir. Şokoladda az miqdarda tiramin var ki, bu da miqrenlərə səbəb olur. Miqreni ağırlaşdıran qidalarla birlikdə qəbul edildikdə təsirini artırır. Bir insanın gündə yeyə biləcəyi şokolad həddi təxminən 10 kiloqramdır. Bu bir anda aşılırsa, həyati təhlükəsi olan risklər başlayır. "Şokolad sızanaqlara səbəb olur” fikri yanlışdır. Sızanaqlar hormonal balanssızlıqdan yaranır. Şokolada süd tozu əlavə edilərsə, südlü şokolad alınır. Südlü şokolad sümüklərin formalaşmasına kömək edən və sinir impulslarının düzgün işləməsini təmin edən maqnezium ehtiva edir. Şokoladın tərkibində çoxlu dəmir var. Bir damcı şokolad insanlara təxminən 50 metr yerimək üçün enerji verir. Şokoladın tərkibindəki yağ doymuş yağlardan fərqli olaraq xolesterolu ehtiva etmir. Şokoladın xammalı kakaodur, paxlanın içərisində olan toxumdur. Kakao yağı keçmişdə dərman kimi də istifadə olunurdu. 18-ci əsrdə həkimlər kakao yağını südlə qarışdırıb dərman kimi satırdılar. 500 qram şokolad hazırlamaq üçün təxminən 400 kakao paxlası işlənir. Dünyada ən çox kakao Afrikada 70% nisbətində yetişdirilir. Dünyanın ən böyük kakao istehsalçısı Fil Dişi Sahilidir. Şokoladın ərimə temperaturu 34 dərəcədir. Bu şəkildə ağızda əritmək mümkündür. Türk torpaqlarına şokoladın ilk məlum gəlişi 1693-cü ildə olub. İtalyan səyyah Gemelli Careri İzmirdəki dostlarına isti şokolad təqdim edib. Ağ şokoladın tərkibində şokolad ekstraktı və ya kakao paxlası olmadığı üçün şokolad növü hesab edilmir.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
