
Pişiklər yaramaz, yuxulu, sevimli heyvanlar kimi tanınır. Bu, dünyada ən çox baxılan və sevilən ev heyvanlarından biridir. Bəs niyə pişiklərin bığları var? Sadəcə bəzək üçündür?
Pişiklərin niyə bığları var?
Təbiətdə gözəllik və incəlik üçün heç bir şey yoxdur. Pişiklərin bığları görmə, qoxu və eşitmə ilə yanaşı, onların ov aşkarlama sisteminin çox vacib bir hissəsidir. Baş üstə uzanan pişik bığları, pişik hücum rejiminə keçəndə ovunu hiss etmək üçün ayağa qalxır. Ovçuluq üçün tüklər hədəfləmə sistemi kimidir. Bəs niyə pişiklər gözlərini istifadə edə bildikləri halda diqqətlərini bığlarına yönəldirlər? Pişiklər təbiətcə mükəmməl görmə qabiliyyətinə malik deyillər. Sözügedən yırtıcı onlara yaxınlaşdıqca diqqətlərini itirə bilərlər. Onların iri gözləri 25 sm-dən az məsafədə diqqəti itirir.
Odur ki, pişiklər öz bığlarından istifadə edərək bu dezavantajdan xilas ola bilərlər. Pişiklərin bığları havadakı vibrasiyanı hiss edir və hava hərəkət etdikcə bığlar titrəyir. Beləliklə, onlar obyektin ölçüsünü və yaxınlığını dərk edirlər. Beləliklə, ovlarını çox yaxında olsa belə dərhal aşkar edə bilirlər. Ancaq pişiklərin bığlarının başqa bir funksiyası var: pişiklərin bığları bədən genişliyi ilə eyni olduğu üçün keçə bildikləri boşluqları ayırd edə bilirlər. Bütün bu xüsusiyyətləri ilə pişiklər əla ovçulardır. Pələnglər də eyni möhtəşəm qavrayış sistemlərinə malikdirlər. Hətta bütün pişiklərdə belə möhtəşəm sistem var.
Mənbə: Nasilbe
Tərcümə etdi: Nəzri Süleymanova
