

Təbiət hər şeydən əvvəl heyvanların evidir. Bu səbəbdən təbiətlə qurduğumuz hər bir əlaqə heyvanların təbii dövrlərindəki həyatlarına təsir edir. Təəssüf ki, təbii mühitində qida və sığınacaq tapa bilməyən bir heyvan növünün nəsli kəsildiyini hər gün görürük.
Biz insanlar meşələri məhv etməyə, suları zəhərləməyə və dəbdəbəli suvenirlər üçün heyvanları ovlamağa davam edirik. Bəzi növlər öz dünyamız üçün etdiklərimizin nəticələrini nəzərə almadan bizim ehtiyatsız həyat tərzimizə görə əbədi olaraq nəsli kəsilib.
Eynşteyn "Arılar yer üzündən yox olarsa, insanların cəmi 4 il ömrü qalacaq. Əgər arılar olmasa, mayalanma olmayacaq, bitkilər, heyvanlar və insanlar olmayacaq” -deyib.
Arılar 130 min müxtəlif bitki növünün çoxalmasını təmin etməklə yanaşı, insanların çox vacib ehtiyaclarını da ödəyir. İnkişaf edən texnologiya və sənayeləşmə insanların həyatını asanlaşdırsa da, bir çox canlıların və növlərin nəslinin tükənməsinə və ya yox olmasına səbəb olur. Bu canlılardan biri də arılardır.
Arılar qida məhsullarını tozlandırır. Tozlanma böcəklər, arılar və digər tozlandırıcılar bir bitkidən digərinə keçdikdə, bitkini mayalandırdıqda baş verir. Arıların bütün bədənlərində polen çəkən kiçik tüklər var. Çiçəyin tozcuqları arıya yapışdıqda o, arı ilə birlikdə növbəti təyinat yerinə gedir. Arı növbəti bitkiyə və ya çiçəyə endikdə, tozcuqlar dağılır və çarpaz tozlanma baş verir. Bu proses sonra meyvə, tərəvəz və toxum verir.
Dünyada arıların sayı yavaş-yavaş azalır. Bu, “Arıların nəsli kəsilsə, nə olar?” sualına səbəb olur. Arıların nəslinin kəsilməsi təkcə meyvə-tərəvəzin deyil, həm də gündəlik həyatda bir çox təbii dövrlərin itirilməsi deməkdir.
Pollinatorlar qəbul etdiyimiz qidanın böyük bir hissəsinə cavabdehdir. Pollinatorlar (kəpənəklər, milçəklər, böcəklər, quşlar, yarasalar və s. daxil olmaqla) planetimizin ağciyərlərinin saxlanmasının bir hissəsidir. Pollinatorlar bir çox ağacların, eləcə də digər bitkilərin böyüməsinə kömək edir. Onlar, həqiqətən, bir çox ekosistemin vacib hissəsi olan əsas növlərdir.
Planetdəki çiçəkli bitki növlərinin təxminən 90% -i çoxalmağa kömək etmək üçün tozlandırıcılara ehtiyac duyur. Bu, yalnız vəhşi təbiət üçün qida sistemi təmin etmir, həm də heyvanlar üçün sığınacaq yaradır.
Qidalandırıcı qidalarımızın çoxu arı tərəfindən dəstəklənir. Arılar olmasaydı, qidalarımızın çoxu əlçatmaz olardı. Badam, alma, albalı... Siyahı davam edir. İnsanlar sağlam və canlı bir pəhriz itirəcəklər.
Mənbə: egricayir
Tərcümə etdi: Sevil İsmayılova
