Məktəb yaşlı uşaqlara düzgün qidalanma vərdişlərinin öyrədilməsi onların daha sağlam və keyfiyyətli həyat sürmələri üçün əsas təşkil edir.

Sağlam qidalanmada ən böyük məsuliyyət ana və atanın üzərinə düşür. Çünki uşağın gözündə ilk nümunə ana və atadır.
Evdə yemək seçimindən tutmuş balanslaşdırılmış qida qəbuluna qədər hər şey sizin yaratdığınız nizamla başlayacaq və davam edəcəkdir.
Uşaqlar eşitdiklərini deyil, gördüklərini edirlər.
Səhər yeməyi həm böyümə, həm inkişaf, həm də məktəb uğuru üçün çox vacibdir. Səhər yeməyi vərdişi olmayan ailənin övladına alışması daha çətin olacaq. Səhər hamımız birlikdə səhər yeməyi yeməliyik. Gün səhər yeməyi olmadan başlamamalıdır. Səhər yeməyi yeyə bilməyən və bunu vərdiş halına gətirməyən uşaqlar üçün hətta süd və ya təzə sıxılmış meyvə şirəsi də seçim ola bilər.
6-12 yaş aralığı uşaqlar üçün böyümə və inkişafın ən sürətli olduğu dövrdür.
Onların boyu hər il orta hesabla 5 sm artarkən, 2 kq çəki artımı müşahidə olunur. Bu dövr həm də məktəb yaşına təsadüf edir. Qızlarda böyümə və inkişafın ən sürətli olduğu yaş həddi 10-14, oğlanlar üçün isə 12-16 yaş arasıdır.
Böyümənin davam etdiyi bu yaşlarda qeyri-kafi qida qəbulu fiziki inkişafı ləngidir və eyni zamanda zehni inkişafda problemlər yaradır.
Məktəb yaşlı uşaqlar üçün praktik səhər yeməyi variantları:
▪️ Pendirlə hazırlanmış tost, təzə sıxılmış meyvə şirəsi,
▪️Menemen və ya Pendirli Omlet, Süd
▪️Evdə hazırlanmış mürəbbə, pendir, tam buğda unundan pancake
▪️ Süddə bal və ya bəkməz,
Bəs siz qəlyanaltı kimi nə yeməlisiniz?
Fasilələr arasında rahat yeyə bilmələri üçün meyvə əlavə edilə bilər. Çiyələk, əncir kimi yeməsi çətin olan meyvələr yerinə armud, alma, banan kimi təzə meyvələrə və ya xurma, ərik, gavalı kimi quru meyvələrə üstünlük verilə bilər. Kiçik uşaqlar üçün meyvələri kiçik parçalara ayırıb, çəngəl ilə istehlak edə biləcəkləri qapaqlı qablarda hazırlaya bilərsiniz. Qısa dərs fasilələrində yeyə biləcəyiniz nahar qutunuza mütləq qoz, fındıq və badam qoymalısınız.
Darıxmamaq üçün vaxtaşırı müxtəliflik etmək yaxşıdır.
Qəlyanaltı kimi təqdim edilən qablaşdırılmış ərzaq məhsullarında əlavələr və boyalar var. Allergik reaksiyalarla yanaşı, uzun müddətdə ürək-damar, şəkərli diabet, mədə və bağırsaq xəstəliklərinə də səbəb ola bilər. Evdə hazırlanmış az yağlı pendirli xəmir və ya xəmir məmulatları və ya şəkərsiz meyvəli tortlar və bəkməz və marmeladla hazırlanmış xəmir xörəkləri həftədə bir dəfə əsas yemək kimi sağlam seçim olacaq. Eyni şəkildə evdə hazırladığınız yulaf, quru meyvələr və yağlı toxumlarla hazırlanmış qranola da naharda xoş qəlyanaltı olacaq.
Mənbə: İzmirekolhastanesi
Tərcümə etdi: Çimnaz Məmmədova
