Bu gün:

Asiyalıların gözlərinin maili olmasının səbəbi nədir?


Asiyalılara xas olan maili göz xüsusiyyətlərinin tam təkamül izahı yoxdur. Təkcə çinlilərin deyil, yaponların, Mərkəzi və Cənub-Şərqi Asiyada yaşayanların, hətta eskimosların da gözləri maili olur.  Əslində, “maili gözlü” tərifi də yanlışdır.  Ən maraqlı mövzulardan biri də budur ki, bu xalqların gözləri niyə mailidir?  

Dünyadakı bütün insanlarda göz quruluşu eynidir. Fərqi yaradan göz qapaqlarıdır.  Maili gözlərə sahib olaraq xarakterizə edilən cinslərdə gözün üstündəki ikinci göz qapağı qatı daha çox gözün yuxarı hissəsinə doğru endirilir və bu, gözün daha daralmasına səbəb olur. Onların gözlərinin belə olmasının səbəbi yuxarı göz qapağının gözün daxili küncünü əhatə edən episil qatına bükülməsidir.  

Bir nəzəriyyəyə görə, göz qapağının üstündə bükülmüş bu ikinci qıvrım bu insanların gözlərini sıx qar qatının qamaşdırıcı işığından qorumaq üçün bir növ qar eynəkləri kimi inkişaf edib. Ohayo Dövlət Universitetində fiziki antropoloq Dr. Frank Poirierin araşdırmasına görə, bu epik əyilmə və ya maillik bir çox asiyalıların yaşadığı tropik və aerktik bölgələrə uyğunlaşma kimi ortaya çıxıb.

Maili gözlərdəki bu quruluşu ultrabənövşəyi radiasiyaya həddindən artıq məruz qalmadan qoruyan günəş qalxanı və ya gözləri soyuqdan təcrid edən örtük kimi təsvir etmək olar.  Bununla belə, Poirier-ə görə, bu nəzəriyyə tamamilə doğru deyil, çünki Asiya əhalisinin əhəmiyyətli əksəriyyəti tropik və arktik bölgələrdən kənarda inkişaf edib.

Dr. Proirier maili gözlərin səbəbini pleiotropik genlərə (birdən çox xüsusiyyət və ya funksiyaya nəzarət edən tək genlər) aid edir, lakin onun mənşəyi ilə bağlı heç bir izahatının olmadığını bildirib.

Mənbə: mynet.com
Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et