Bu gün:

Kiçik və böyük qiyamət əlamətləri hansılardır?


İmanın 6 şərtindən biri axirətə inanmaqdır. Hər bir müsəlman Allaha, peyğəmbərlərə və Qurani-Kərimə inandığı kimi axirətə də inanır. Axirət qiyamət günü ilə başlayacaq və Quranda "din günü" olaraq təyin olunan o gündə yaradılmışların hamısı Allahın hüzuruna toplanacaqlar. 

Qiyamət gününün digər adlarını belə sıralamaq olar: Yev'ül Arasat, Qiyamət günü və Yevm-i Cem.

Qiyamət günü nədir?

Qiyamət "qiyam" sözündən götürülmüşdür. Qiyam ayağa qalxmaq, dik durmaq və dirilmək deməkdir. İsrafil ilk dəfə sur üfürəndə o an dünyada olanların hamısı ölür, ikinci dəfə üfürəndə isə dirilib Allah dərgahına toplanar. Qiyamət axirətə açılan bir qapıdır. Cənnət və cəhənnəmə kimin gedəcəyinin müəyyən olunacağı gündür.

Qiyamətin əlamətləri hansılardır?

Qiyamətin əlamətləri qiyamətin yaxınlaşdığını xəbər verən əlamətlərdir. Din alimlərinin fikrincə, qiyamətin kiçik və böyük əlamətlərinin bir çoxu gerçəkləşir. 

Qiyamətin kiçik əlamətləri hansılardır?

Hz. Məhəmməd insanları xəbərdar etmək və onları cənnətlə müjdələmək üçün göndərilmiş sonuncu peyğəmbərdir. Sonuncu peyğəmbərin göndərilməsi bir çox mənbələrdə qiyamətin kiçik əlamətlərindən biri kimi göstərilir. Qiyamətin digər kiçik əlamətləri bunlardır:

1- Alimlərin sayı azalacaq. Bununla belə, cəhalət sürətlə yayılacaq.

2- Səbəbi bilinməyən ölümlərin sayı artacaq.

3- Bolluq artdıqca sədəqə verənlərin sayında da azalma olacaq.

4- Allaha və dinə iman gətirənlərin sayı azalacaq.

5- Əmanətə qiymət verilməyəcək.

6- Nifaq, qeybət və yalan çoxalacaq.

7- Kitabların və yazarların sayında nəzərəçarpacaq qədər artım olacaq.

8- Heç kim ən yaxınındakı insana belə güvənməyəcək

9- Təbiətin tarazlığı pozulacaq. Məsələn, qışda hava yay kimi olacaq.

10- Dünyada sel, zəlzələ, yanğın kimi fəlakətlər artacaq.

11- Biznesdə dürüstlük yox olacaq.

12- Zina və içki kimi böyük günahlar artacaq.

13- Hər yerdə hündürmərtəbəli binalar ucalacaq.

14- Haqqı və düzü söyləyənlər susdurulacaq.

15- Qonşuluq əlaqələri tamamilə pozulacaq.

16- Halal haram, haram da halal olacaq.

17- Ədalətlə hökm edən hökmdarların sayı azalacaq.

18- Qədər və axirət inkar ediləcək.

Qiyamətin böyük işarələri hansılardır?

1- Günəş qərbdən doğacaq.

2- Dabbet'ül Arz görünəcək.

3-Yəcuc və Məcuc zühur edəcək və dünyada böyük müharibələr baş verəcək.

4- Hz. İsa göydən enəcək və dünyadakı iğtişaşlara son qoyacaq.

5- Göydən tüstü çıxacaq və bu tüstü dünyanın hər yerindən görünəcək qədər böyük olacaq.

6- Dəccal zühur edəcək.

Mənbə: Milliyet

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et