Soyuq havaların gəlməsi ilə saç tökülməsi, saç ucların qırılması kimi problemlər arta bilər. Soyuq qış günlərində saça və dəriyə qulluq zamanı hər zamankindən daha çox qayğı göstərməlisiniz. Havada rütubət azaldıqca, havalar soyuduqca həm baş dərisi, həm də dəri quruyur. Xüsusilə qış aylarında kəpək və saç tökülməsi problemlərinə daha çox rast gəlinə bilər. Saçlarınızın həmişə olduğu kimi canlı və parlaq görünməsini istəyirsinizsə, bilməli olduğunuz bəzi qulluq tövsiyələri var:
Baş dərisini nəmləndirin

Soyuq havalarda rütubət çatışmazlığı olduğu üçün baş dərisi quruya və qaşına bilər. Bu vəziyyət irəlilədikcə baş dərisinin qıcıqlanmasına, kəpəyə və soyulmaya səbəb ola bilər. Bu səbəbdən zeytun yağı və kakos yağı kimi təbii saç baxım yağları ilə saç dərinizə masaj etməlisiniz. Baş dərisini masaj etmək qan dövranını artırır, qulluq yağları isə saç köklərini qidalandırır və gücləndirir. Baş dərisinin ehtiyac duyduğu nəmi bərpa edir.
Saçınızı hər gün yumayın

Qışda saçların yuyulması təbii yağları azaldır və quruluğa səbəb ola bilər. Bu səbəbdən saçınızı daha uzun müddət yumamaqla nəm və yağ balansını qoruya bilərsiniz. Yuma üçün sulfatsız yumşaq şampunlar da seçə bilərsiniz. Mümkünsə, şampundan sonra yağla zəngin saç baxım kondisionerlərindən də istifadə edə bilərsiniz.
Düzgün üsullarla forma verin

Qış aylarında saçlarınıza forma vermək üçün saçlarınızı yüksək temperaturlu fenlərlə qurutmaq daha zərərli nəticələrə səbəb olacaq. Odur ki, saçınızı yuduqdan sonra artıq suyu dəsmalla çəkin və aşağı istilikdə qurudun. Saçınıza forma vermək üçün kondisionerdən istifadə edin. Tərkibində kakos yağı və ya digər yağlar olan kremlər ilə saçınızı dərindən nəmləndirir, forma verməyi asanlaşdırır.
Saç uclarına diqqət yetirin

Qışda saçınızı yuyarkən, şampundan sonra bol su ilə yuyun. Kremi saçın ortasından uclarına qədər çəkin. Saçların qırılmasının qarşısını almaq üçün saç uclarına əlavə diqqət yetirin. Kremi saçınızda bir neçə dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Saçınızı çox isti su ilə yumamağa diqqət edin.
Saça qulluq maskalarından yararlanın

Saçların sağlamlığını qorumaq üçün həftədə bir dəfə saça qulluq maskası tətbiq edin. Qidalandırıcı və nəmləndirici tərkibli maskalar saçlarınızın daha yumşaq və parlaq olmasına kömək edir. Bal kimi təbii tərkibli maskalar saçınızı nəmləndirir və saçların uzanmasını təşviq edir.
Saçlarınızı elektriklənmədən qoruyun

Qış aylarında saçlarınız tez-tez elektriklənir və qabarırsa, bu vəziyyətdən çox şikayət edə bilərsiniz. Xüsusilə yun paltarlar, daraq və şərf kimi əşyalar sürtünmə səbəbindən elektriklənməni artıra bilər. Bu vəziyyətin qarşısını almaq üçün geniş aralıqlı saç darağı istifadə etməyinizə əmin olun. Saçda yığılan statik yükləri azaltmaq üçün duşdan sonra istifadə olunan və yaxalanmayan saç kremlərini istifadə edə bilərsiniz.
Qış aylarında saçlarınızı yaş qoymayın, mütləq aşağı istilikdə qurudun. Yaş saçların yığılması qırılmaları artırır, baş ağrısı və soyuqdəymə kimi simptomlara səbəb ola bilər.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
