Bu gün:

Yuxuda hərəkət etmək-REM xəstəliyi


Normalda biz yatarkən bədənimiz hərəkətsizdir, yuxuda özümüzü qaçıb danışarkən, qol-ayaqlarımızı hərəkət etdirdiyimizi görsək də, real həyatda tərpənmirik. Bəs əgər REM yuxu davranış pozğunluğumuz varsa?

 

REM Yuxu Davranışı Pozğunluğu  nədir?

 

REM yuxu davranış pozğunluğu olan xəstələrdə bu sistem pozulur və xəstələr yataqda yatarkən yuxularında etdikləri hərəkətləri yerinə yetirirlər. Bu yuxular, adətən, itdən qaçmaq, döyüşmək, yumruq atmaq, uçurumdan düşmək kimi qorxulu olur. Bu səbəblə xəstələrin yuxu zamanı partnyorunu təpikləmək, divara yumruq atmaq, çarpayıdan düşmək kimi hərəkətlər edir və bu hərəkətləri edərkən oyanırlar.

 

Bu hərəkətlər bəzən çox yüngül olsa da, bəzən çox inkişaf etmiş ola bilər və xəstənin və yataq yoldaşının zədələnməsi ilə nəticələnə bilər.

 

Parkinson xəstələri və bəzi degenerativ beyin xəstəliklərində REM yuxu davranış pozğunluğunun tezliyinin artdığı bilinir. Əslində, REM yuxu davranış pozğunluğunun insanlarda bu xəstəliklərin kliniki əlamətlər göstərməmişdən illər əvvəl görüldüyü və bunların aparıcı simptomlarından biri olduğu qəbul edilir. 


Heç bir xəstəlik olmadan baş verə bilən REM yuxu davranış pozuqluğu dərman vasitəsi ilə idarə oluna bilər, beləliklə insanın yuxu keyfiyyəti nizamlanır və insana və ya yaxınlarına gələ biləcək zədələrin qarşısı alınır.

 

Mənbə: florence.com

Tərcümə edən: Gülay Qəribova

 

Paylaş
Şərh əlavə et