Bu gün:

Pika sindromu nədir?


Pika sindromu qida sayılmayan maddələri (torpaq,kağız,saç,boya,kül,gil və s.) bir aydan çox davamlı yemək vərdişidir. Bu daha çox torpaq yemək vərdişi kimi tanınan və ən çox uşaqlarda müşahidə olunan bir xəstəlikdir.


Pika sindromu uşaqların hərəkətlərindən asanlıqla aşkarlana bilən bir vəziyyətdir. Ancaq diaqnoz qoyulması üçün uşağın ən azı 2 yaşı olmalıdır. Çünki unutmaq olmaz ki, 2 yaşından kiçik uşaqlar tapdıqları hər şeyi ağzına atırlar, bir növ “dünyanı ağzıyla tanımağa” cəhd edirlər.

Pika sindromunun səbəbləri

Pika sindromunun dəqiq səbəbi bilinməsə də,dəmir çatışmazlığı, sink çatışmazlığı və qida çatışmazlığı ən çox görülən səbəblər arasındadır. Ancaq bəzən psixoloji problemlər də yad əşyalar yemək vərdişinə səbəb ola bilər. Səbəblər sırasında anemiyanı saysaq da, anemiyanın torpaq yeməkdən qaynaqlandığı, yoxsa torpaq yeyilməsinin anemiyaya səbəb olduğu hələ də müzakirə mövzusudur.

Mənbə:medicana.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et