Afrikanın ən böyük gölü olan Viktoriya gölündə yerləşən Miqinqo adası rəsmi olaraq Keniyanın bir hissəsidir, lakin Uqanda da buna iddia edir. Lakin Miqinqo adasının maraqlılığı bundan irəli gəlmir. Kvadrat metrə düşən adam sayına görə Miqinqo adasını dünyanın ən sıx məskunlaşdığı adası adlandırmaq olar. Ada, demək olar ki, üst-üstə yaşayan 1500 nəfərlik əhali ilə örtülüdür.
Sahəsi 2000 m2 olan adada düz oxudunuz 2000 m2 evlərin yanında barlar, marketlər, fahişəxanalar var. Sözün əsl mənasında bir-birinə sıx bağlı olan bu insanlar bu kiçik yerdə qurduqları maraqlı həyatla Miqinqonu dünyanın ən maraqlı adaları sırasına qoyurlar. Sokotra adası Hind okeanında Ərəbistan yarımadasının cənubunda Yəmənə bağlı 4 adadan ibarət qrup olan Sokotra adası əslində coğrafi xüsusiyyətlərinə görə kifayət qədər maraqlıdır. Söhbət hindlilərlə ərəblər arasında, hər biri fərqli mədəniyyətə malik adadan gedir. Lakin adanın bitki örtüyü onu maraqlı adalardan birinə çevirir.
Yadplanetli adası kimi də tanınan, ağ qum təpələri və çoxlu turistin axın etdiyi unikal ağacları olan Sokotra adasına getmək üçün Yəməndən icazə almalısınız. İslandiyanın şimalında yerləşən Vestmannaeyjar adlı bölgədəki adalardan biri olan Elli Aey adası, həyata keçirdiyi məskunlaşma siyasətləri sayəsində dünyanın ən maraqlı adaları siyahısına daxil olmağa layiqdir. Migingo adasında hər yerdə insanlar var, lakin Elli Aey adasında yalnız bir ev var.
Adada ev sahibi olmağın nə demək olduğunu soruşsanız, bu məlumat sirr olaraq qalır. Onun islandiyalı müğənni Byorka bağışlandığı və milyarderə aid olduğu da bildirilir. Adada tək bir evin olması Elli Aey adasına çox xüsusi bir atmosfer verir. Yeri gəlmişkən Elli Aey sözləri arasında onun adında island dilində olan, lakin latın əlifbasında olmayan hərf var. Ona görə də əslində düzgün yazmırıq.
Mənbə: blog delphin
Tərcümə etdi:Aynur Mikayilova
