Bu gün:

Fobiya nədir?


Fobiyanı hər hansı bir vəziyyət, varlıq, obyekt və ya yerdən həddindən artıq və irrasional qorxuya səbəb olan bir narahatlıq növü kimi təyin edə bilərik.  Bu qorxu cavabı təhlükənin həqiqi ölçüsü ilə müqayisədə şişirdilmiş və irrasionaldır. 

Ümumiyyətlə, fobiyalar uşaqlıq, yeniyetməlik və ya erkən yetkinlik dövründə baş verir. Onlar güclü, stresli təcrübə nəticəsində formalaşır. Bəzən insanlar ailə üzvlərindən və ya yaxınlarından öyrənərək fobiya əldə edə bilirlər. 

Fobiya və qorxu arasındakı fərqlər

Gündəlik dildə qorxu və fobiya sözləri tez-tez və yanlış olaraq bir-birini əvəz edir. Bununla belə, hər iki reaksiyaya səbəb ola biləcək mənbələrin oxşar olması ehtimalından başqa, bu iki reaksiya arasında ortaq bir şey tapmaq çətindir.

Qorxu, əslində, mövcud olan və qəbul edilə bilən təhdidlərə normal və zərərsiz cavabdır. Bu, həyatımızın sağlam və normal bir hissəsidir, çünki bizi arzuolunmaz vəziyyətlərdən qoruyur. Misal üçün, elektrikin tez-tez açılıb-söndüyü bir dövrdə, liftin xarab olacağından qorxaraq minməməyi seçmək faydalı ola bilər.

Mənbə: Medical park
Tərcümə etdi: Aynur Mikayilova

Paylaş
Şərh əlavə et