Bu gün:

Planetlər və onların bürclərə təsiri


Günəş sistemi təkcə bürclərə təsir etmir, həm də onların bir-biri ilə qarşılıqlı əlaqəsində mühüm rol oynayır.

 

Günəş

 

İdarə etdiyi bürc: Şir

Güc əlaməti: Qoç

Zəif olduğu bürc: Dolça

Bürc üçün zərərlidir: Tərəzi

 

Günəş insanın enerji yığımını və yaradıcılığını necə istifadə etdiyini və inkişaf etdirdiyini müəyyən edir.

 

Ay

 

İdarə etdiyi bürc: Xərçəng

Güc əlaməti: Buğa

Zəif bürc: Əqrəb

Bürc üçün zərərlidir: Oğlaq

 

Ayın bürclərə soyuq və dumanlı təsiri var. Ay keçmişi müəyyənləşdirir. Bədənimizi canlı tutan qidalandırıcı və gücləndirici mayeləri idarə edir. O, insanların keçmişindən xatirələr toplayır və lazım olanda xatırladır. Ay şəxsiyyətin şüursuz tərəfidir.

 

Ay həm də hamiləliyin və doğumun hökmdarıdır. Uşaqlığınızda yaşadığınız hadisələrin xatirələri Ay tərəfindən idarə olunur. İnsan ruhunu tədricən təkmilləşdirən bir gücə malikdir. Harada həyat qığılcımı varsa, onu ən yaxşı şəkildə qidalandırır, böyüdür və qoruyur. Bu gündən keçmişə və keçmişdən bu günə olan duyğu və həyəcan axınını idarə edir.

 

Merkuri

 

İdarə etdiyi bürclər: Əkizlər, Qız

Güc əlaməti: Qız

Zəif bürc: Balıqlar

Bürc üçün zərərlidir: Oxatan

 

Merkuri zehni gücü və ünsiyyəti simvollaşdırır. O, həm də əllərimizin, ayaqlarımızın və sinir sistemimizin idarəçisidir.

 

Venera

 

İdarə etdiyi bürclər: Buğa, Tərəzi

Güclü əlaməti: Balıqlar

Bürc üçün zərərlidir: Qoç, Əqrəb

Zəif bürc: Qız

 

Venera insanların sevinclərini, dəbdəbələrini, ictimai həyatlarını, sənət istedadlarını və insanların ən gözəl və ən incə duyğularını idarə edir.

 

Mənbə: Hürriyet

 

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et