Bu gün:

Niyə yeni il ərəfəsində şam ağacı bəzəyirlər?


Xarici ölkələrdə yolka kimi tanınan Yeni il ağacı ölkəmizdə yeni ilin simvollarından birinə çevrilib. Uşaqlar yeni il ağacını bəzəməyi, xüsusilə, sevirlər. Yeni il ərəfəsində ağac bəzəmək gözəl ailə işidir. Ancaq Yeni il ərəfəsində ağac bəzəməyin xristianlar üçün əslində bir mənası var.

 

Milad ağacı bəzəmək ənənəsi haradan gəlib?

 

Xristianlıqda Milad ağacı İsa Məsihin doğulması və dirilməsinin simvoludur. Ağacın budaqları və qolları ölümsüzlük emblemi kimi qəbul edilir və İsanın çarmıxda taxdığı tikan tacını simvolizə etdiyi deyilir.

 

Milad ağacını bəzəmək üçün istifadə edilən hər bir ornamentin xüsusi mənası olduğuna da inanılır.


Milad ağacı bəzəklərinin mənaları

 

Çox vaxt insanlar Milad ağacının üstündə parlayan ulduzdan istifadə edirlər. İnsanlar ulduzun müdrikləri Beytlehemdəki Məsih uşağına apardığına inanırlar.

 

Ağac budaqlarının kənarında asılan zənglər bu günün sevincini, xoşbəxtliyini ifadə edir.

 

Baston şəkər ədaləti təmsil edir.

 

Çələng əsl sevginin təcəssümüdür.

 

Milad ağacı (şam ağacı) hansı ölkədə nə deməkdir?

 

Yeni il ağacı müxtəlif insanlar və mədəniyyətlər üçün fərqli mənalar daşıyır.

 

Yunanlar

 

İynəyarpaqlı şam Yunan tanrısı Attis və bitki dünyası üçün müqəddəsdir.

 

Romalılar

 

Həmişəyaşıl ağaclar Roma mədəniyyətində günəş simvolizmi hesab olunur. Romalılar üçün ağaclar işığın ifadəsidir.

Yaponiya və Çin

 

Şam və sərv ağacları bu iki mədəniyyətdə müqəddəsdir. Ölməzlik və uzun ömür mənalarını ifadə edir.

 

Almaniya

 

Almanların inanclarına görə, Martin Lüter ağaca ilk dəfə yanan şamlar əlavə etmişdir.

 

Mənbə: Hürriyet

 

Tərcümə etdi: Aminə Paşazadə

 

 

Paylaş
Şərh əlavə et