Bu gün:

Göy qurşağı necə əmələ gəlir?


Bunu meteoroloji hadisə kimi təyin etmək olar. Günəş işığının duman buludları və yağış üzərində əks olunması nəticəsində əmələ gəlir. Vizual olaraq bənzərsiz bir mənzərə yaradan göy qurşağı mədəniyyətlər arasında fərqli şərhlərə məruz qalır. Beləliklə, göy qurşağı necə əmələ gəlir? Onların növləri hansılardır?

Görünüşü ilə valeh edən göy qurşağının formalaşması ilə bağlı elmi və mifoloji təriflər tamamilə fərqlidir. Göy qurşağının əmələ gəlməsi ilə bağlı müxtəlif inancların elmi izahatlardan əvvəl uzun illər ortaya çıxdığını qeyd etmək faydalı ola bilər.

Göy qurşağı necə əmələ gəlir?

Göy qurşağının əmələ gəlməsi artıq sirr deyil və elmi izahı ilə təsvir edilmişdir. Günəş şüalarının sınması nəticəsində yaranan yeddi rəngli görünüşdür. Göydəki bu görünüş meteoroloji hadisə kimi müəyyən edilir.

Araşdırmalardan da anlaşıldığı kimi göy qurşağının tanrılarla heç bir əlaqəsi olmadığını söyləmək düzgün olardı. Lakin onun altından keçən insanların cinsinin dəyişəcəyinə inam normal olaraq etibarsız sayılır. Göy qurşağı haqqında ilk həqiqi məlumat eramızdan əvvəl əldə edilmişdir.

Günəş işığı düzgün bucaq altında yağış yağdıqda meydana gələn damcılara dəydikdə, işıq sınır və əks olunur. Bu əks olunduqdan sonra işıq dağılır. Səpələnmiş işıq göydə göy qurşağı şəklində görünür. Damcılar daha böyük olduqda, göy qurşağı daha aydın görünür. Göy qurşağı formalaşarkən Günəş şüaları və yağış damcıları mütləqdir. Digər mühüm məsələ Günəşin səmadakı bucağıdır. Bucaq səhv olarsa, göy qurşağını görmək mümkün deyil.

Göy qurşağı bəzi kiçik detallara görə üçə bölünür. Rəng sxemində ən daxili rəng bənövşəyi, ən xarici rəng isə qırmızıdır. Rənglərin ardıcıllığı; Xaricdən içəriyə doğru qırmızı rənglə başlayır və narıncı, sarı, yaşıl, mavi, tünd göy və bənövşəyi rənglərlə davam edir.

Göy qurşağının başqa bir növü ikinci dərəcəli göy qurşağıdır. Bu növ göy qurşağında rəng düzümü digərlərindən fərqlidir. Bu dəfə bənövşəyi ən xarici hissədə, qırmızı isə ən daxili hissədədir. Nəhayət, başqa bir göy qurşağı növü kiçik bantlardır. Bu nəsillərdə rəng seçimləri daha məhduddur. Yalnız qırmızı və ya yaşıl rəngli dar zolaqlar mövcuddur. Bu kiçik zolaqlar ilkin göy qurşağının daxili hissəsində və ikinci dərəcəli göy qurşağının xarici hissəsində yerləşir.

Mənbə: Milliyet

Tərcümə etdi: Sudana Əsədova

Paylaş
Şərh əlavə et