Qışın gəlişi ilə havalar soyuyur və ətrafdakı qida ehtiyatları azalır. Ona görə də qış gələndə bəzi heyvanlar isti yerlərə köç edir.
Qışlama nədir?
Qışlama və ya qışlama yuxuya bənzər uzunmüddətli hərəkətsizlik növüdür. Bu prosesdə canlının bədən istiliyi azalır, ürək döyüntüləri azalır, tənəffüs sürəti yavaşlayır və maddələr mübadiləsi sürəti ən aşağı səviyyəyə enir.

Qış yuxusu adətən isti qanlı heyvanlarda olur. Çünki isti qanlı heyvanlar bədənlərində saxladıqları qidaları yandıraraq enerji əldə edirlər. Bu daxili enerji ilə bədən istiliyini balanslaşdırırlar. Qışda havalar soyuduqca azalan qida ehtiyatları bədən istiliyini tarazlaşdırmaq üçün kifayət etmir. Qışda kifayət qədər qida mənbəyi tapa bilməyən heyvanlar qış yuxusunda bu prosesi keçirlər. Bu sayədə həyati fəaliyyətlərini yerinə yetirmək və həyatda qalmağı bacarmaq üçün lazım olan enerjiyə qənaət etmiş olurlar. Qış yuxusuna getməzdən bir neçə ay əvvəl, yuxu zamanı istifadə ediləcək qidaları bədənlərində saxlayırlar.
Bəzi isti qanlı və ya yarı isti qanlı balıqlar, suda-quruda yaşayanlar (həm quruda, həm də suda yaşaya bilən heyvanlar), həşəratlar da qış yuxusuna girirlər. Timsahlar və ilanlar kimi sürünənlər soyuq havada brumasiya adlanan qış yuxusuna bənzər fazaya keçirlər. Bu mərhələdə sürünənlər ya tamamilə hərəkətsiz qalırlar, ya da soyuq hava səbəbindən bədənlərindəki bütün funksiyaları ləngidən yavaş hərəkət edirlər. Tülkü, dovşan, balina və qütb ayıları kimi bəzi istiqanlı canlılar qış yuxusuna getmirlər. Soyuq havalarda qarışqaların bədən istiliyi aşağı düşür və hərəkətləri yavaşlayır. Ancaq qış yuxusuna getmirlər.
Mənbə: Bilimgenc
Tərcümə etdi: Sudana Əsədova
