Bu gün:

Afrikanın ən uzun ilanı: Qara Mamba


Ən qorxulu ilanlardan biri olan qara mamba Cənubi Afrika qitəsinin ən uzun ilanıdır və kral kobrasından sonra dünyanın ikinci ən uzun ilanıdır. Orta hesabla 2 ilə 2,5 metr uzunluğunda olan Dendroaspis polylepisin maksimum uzunluğu 4,3 metrdir.

Adına baxmayaraq ilan qara rəngdə deyil. Kifayət qədər təhlükəli olan ilanın rəngi boz və tünd qəhvəyi çalarlara malikdir. İlanın alt tərəfində daha açıq rəng tonları var. Sözügedən ilanın adındakı qara sözü Dendroaspis polylepisin ağzının içindəki rəngə aiddir. Yaşıl mambaların və digər ilanların ağzının içi ağ rəngdədir. 

Qara  Mambanın xüsusiyyətləri nələrdir? 

• Afrikanın ən uzun ilanıdır. 

• Adını ağzının rəngindən alır. 

• Dünyanın ən sürətli ilanlarından biridir. 

• Utancaq ilan növüdür. 

• Təhdid edildikdə aqressiv olur. 

• Qurbanın başına və bədəninə hücum edir. 

• Qurbanını 20 dəqiqə ərzində öldürür. 

• Bir dişləmədə 16 adamı öldürə biləcək zəhər ifraz edir. 

• Asanlıqla ağaclara dırmaşır. 

• Ən azı 11 il yaşayır. 

Mənbə: tamindir

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et