Bu gün:

Flaminqoların xüsusiyyətləri nələrdir?


Uzun nazik ayaqları, uzun əyri boyun və çəhrayı rəngli tükləri olan flaminqolar əyri dimdikli su quşlarındandır.

Əgər zooparkda olmusunuzsa, flaminqoların ağ rəngdə olduğunu görəcəksiniz. Yedikləri yeməkdən asılı olaraq rəngləri dəyişir. Buna görə də onları çəhrayıdan ağa qədər rənglərdə görsəniz, təəccüblənməyin.

Bunun səbəbini soruşsanız, tamamilə yedikləri qidalanma ilə bağlıdır. Çünki xərçəng, karides və duzlu karides kimi qidalarda, xüsusən də tutulduqları suda olan karotendən qaynaqlanır.

Qrup halında yaşamağı sevən flaminqolar digər heyvanların üstünlük vermədiyi laqonlarda, soda və duzlu göllərdə yaşayır. Bu sular, ümumiyyətlə, dayazdır və buna görə də balıq ovu asandır. Həddindən artıq istilərə dözmə qabiliyyəti sayəsində harada olurlarsa olsunlar, onları görə bilərsiniz.

Niyə flaminqolar bir ayaq üstə dayanırlar?

Elm adamları maraqlı suala cavab axtarmağa başlayıblar. Niyə flaminqolar iki ayaqları olmasına rəğmən, bir ayaq üstə dayanırlar?

Alimlərin fikrincə, flaminqoların ayağa qalxmasının yeganə səbəbi daim ayaq üstə durduqdan sonra dincəlməkdir. Tək ayaq üzərində tarazlıq quran və enerji sərfiyyatını minimuma endirən flaminqolar televizorları söndürüb pultla gözləmə rejiminə keçirməyə bənzəyir.

Flaminqolarla eyniləşdirilən bu duruşun səbəbi bir müddətdir maraq doğururdu.

Tək ayaq üzərində dayanan flaminqolar ayaq üstə yatan heyvanlara nümunədir. Müvazinət mərkəzini çox yaxşı nizamlayan flaminqolar saatlarla tək ayaq üstə dayana bilirlər. İnsanlar saatlarla heç bir şey tutmadan bir ayaq üstə dayandıqda, bir neçə dəqiqə ərzində digər ayağında ciddi sancılar və yanma hissləri hiss edilə bilər.

Ölü flaminqoların da tək ayaq üstə dayana bildiyi müşahidə edilib

ABŞ-ın Corciya Texnologiya İnstitutundan olan tədqiqatçılar həm canlı, həm də ölü quşlar üzərində təcrübələr aparıb və müəyyən ediblər ki, hətta flaminqo cəsədləri də heç bir dəstək olmadan belə dayana bilirlər. Alimlər bunu “passiv cazibə qüvvəsi mexanizmi” adlandırırlar.

Mənbə: GelGez
Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et