Bu gün:

Heç bir antibiotikin məğlub edə bilməyəcəyi bakteriyalar


Keçən ilin sentyabrında Renoda (ABŞ) yetmiş yaşlı qadın müalicəsi mümkün olmayan infeksiya səbəbindən dünyasını dəyişib. Testlər göstərir ki, qadının bədəninə yayılan bakteriyalar 26 müxtəlif antibiotikə qarşı özünü qoruya bilib. 

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzində çalışan Dr. Alexander Kallen deyir ki, bakteriyaları öldürmək üçün ABŞ-da mövcud olan bütün antibiotikləri sınasalar da, onların heç biri nəticə verməyib. Renoda baş verən bu hadisə ilk deyil. Bütün inkişaf etdirilən antibiotiklər bir müddət sonra təsirsiz olur, çünki bakteriyalar müqavimət inkişaf etdirir. Bu vəziyyətlə mübarizə aparmağın bir yolu daim yeni antibiotiklər hazırlamaqdır. Ancaq bəzən bakteriyaların sürətinə yetişmək mümkün olmur. Hesablamalara görə, tədbir görülməsə, 2050-ci ilə qədər antibiotiklərə davamlı bakteriyalar hər il orta hesabla 10 milyon insanı öldürəcək.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et