Bu gün:

"Qara cümə" nədir?


BF(Black Friday) əslində ABŞ-də Şükran Günü olan noyabrın dördüncü cümə axşamından sonrakı cümə gününə təsadüf edir və 1952-ci ildən Milad alış-veriş mövsümünün ilk günü hesab olunur. Bu zaman endirimlər başlayır. Rəsmi bayram olmayan bu günün “Qara” adlandırılmasının səbəbi 1960-cı illərdən başlayıb. 

Dükanların həmin gün işıq düşəndən əvvəl çox erkən açılması və hava qaralmadan bağlanmaması, eləcə də alış-veriş küçələrində ağır nəqliyyat vasitələrinin və insan axınının yaratdığı gündəlik həyata təsir edən mənfiliklər bu günün “Qara” adlandırılmasına səbəb olur. Bu ifadənin ilk dəfə Filadelfiyada işlədildiyi təxmin edilir.

Qara Cümənin ölüm və yaralanmalara səbəb olması

ABŞ-də endirimin başlaması və mağazaların iş saatları daha erkən dəyişdirildiyi üçün endirim gözləyən insanların mağazalar qarşısında yaratdığı növbələrin vaxtı və forması da dəyişib. Bir gün əvvəl çadır quraraq düşərgəyə başlayan müştərilər bəzən cümə axşamı axşam və gecəni küçədə keçirməyi üstün tuturlar. Bu, izdihamlara, istilik üçün propan qazından və generatorlardan istifadəyə, izdihamın təcili çıxış qapılarını və pilləkənləri bağlamasına, habelə oğurluq və soyğunçuluq kimi cinayətlərin artmasına səbəb oldu. 2006-cı ildən bəri təkcə ABŞ-da Qara Cümə səbəbiylə 10 ölüm və 111 yaralanma qeydə alınıb.

Mənbə: euronews.com

Tərcümə etdi: Rəhimə Cəmilova


Paylaş
Şərh əlavə et