Bu gün:

İşlənmiş qazların sağlamlığa təsiri


Avtomobillərdən gələn çirkləndiricilər allergiya və dərinin qıcıqlanmasından tutmuş ürək xəstəliklərinə və astma kimi tənəffüs problemlərinə qədər müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) məlumatına görə, dizel yanacağı tüstülərinə uzun müddət təkrar məruz qalmaq da ağciyər xərçəngi riskini artırır. 

Məlumdur ki, eqzozunuzda tıxanma dəm qazı ilə zəhərlənmə riski yaradır. Böyük miqdarda karbon qazı tənəffüs edilərsə, baş ağrısı, tənəffüs problemləri və hətta ölümlə nəticələnə bilər. Bu, uşaqları və ürək xəstəliyi olanları risk altında qoyur. 

Təsir olunan işlənmiş qazların miqdarı çox fərqli olsa da, sıx məskunlaşmış şəhər ərazilərində yaşayan insanlar çirklənmə ilə bağlı sağlamlıq problemləri ilə qarşılaşırlar. Bəs bu vəziyyəti dəyişmək üçün nə etmək olar? 

Həm kollektiv, həm də fərdi şəkildə həyata keçirilən kiçik dəyişikliklərlə daha təmiz və keyfiyyətli ekosistemdə yaşamaq mümkündür.

Mənbə: binbin.tech

Tərcümə etdi: Rəhimə Cəmilova 


Paylaş
Şərh əlavə et