Bu gün:

Məqsədlərimizi necə kəşf edə bilərik?


Həyatda məqsədi tapmaq universal bir axtarışdır. Güclü məqsəd hissi həyatımıza məna, dolğunluq və motivasiya gətirə bilər.

Bəs axtarışımıza haradan başlayaq? 

Araşdırmalar göstərir ki, öz dəyərlərini anlayan və həyatlarını onlara uyğunlaşdıran fərdlər daha çox məmnunluq hiss edirlər. Minnesota Universiteti tərəfindən aparılan bir araşdırma göstərir ki, insanın öz dəyərlərini tanıması və ona uyğun yaşaması daha zəngin məqsədlərə sahib olmasına gətirib çıxarır.

Məqsədli olmaq üçün ata biləcəyimiz addımlar:

Fərdlərə öz məqsədlərini aşkar etməyə kömək edən bir neçə üsul var:

1.
Özünü təhlil etmək və ya günlük yazmaq daha böyük missiyaya doğru aparan ehtirasları və maraqları üzə çıxara bilər.

2. Səyahət, könüllülük və ya seminarlar təzə perspektivlər təqdim edə və gizli istəkləri və ya istedadları üzə çıxara bilər.

3. Yaxın dostların və ya ailə üzvlərinin şərhi insanın güclü tərəflərini ortaya çıxara və təbii olaraq başqalarına təsir barədə fikir formalaşdıra bilər.
Başqa bir güclü yanaşma zehni sakitləşdirən meditasiyalardır.

4.Nəhayət, terapevt məsləhətləri keçmiş təcrübələri və gələcək istəkləri birləşdirməyə kömək edərək məqsədə çatmaq üçün strukturlaşdırılmış araşdırmaları tamamlayacaq.

Mənbə: values.Institute
Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et