Bu gün:

Ac mədə


 



Emosional aclıqdan əziyyət çəkənlər mənfi emosiyaları boğmaq üçün aqressiv şəkildə qida qəbul edirlər. Mütəxəssislər emosional ac olan insanların xoşbəxtlik hormonu olan serotoninin ifrazına kömək edən qidaların xüsusilə cəlb olunduğunu söyləyərək hücumlara qarşı xəbərdarlıq edirlər.

Xüsusi Ataköy Xəstəxanasından Dietoloq M. Aybüke Çoruh, emosional yemək təhlükəsinə diqqət çəkib. Dyt. Çoruh emosional qidalanmanı belə təyin edib: "Gün ərzində emosional vəziyyətimizi dəyişdirəcək qidaları, hadisələrdən uzaqlaşmaq ehtiyacı hiss etmədən, yəni fizioloji aclıq əlamətləri göstərmədən istifadə etmək kimi təyin edə bilərik. Ümumiyyətlə, mənfi duyğuları basdırmaq və yatışdırmaq üçün aclıq hiss etmədən əlçatan, kalorili, karbohidratlı və yağlı qidalar istifadə edilməsidir."

Qəzəb, iş stressi, kədər

Müsbət emosiyaların mənfi duyğular kimi emosional yeməyi də tətikləyə bildiyini söyləyən Çoruh, əlavə edib: "Aclıq hiss etməsək dəyemək yeyərək duyğularımızı sabitləşdirmək üçün hərəkət edirik. Mənfi duyğularla həddindən artıq qida istifadəsi asındakı əlaqəyə baxdığımızda, kədərli əhval-ruhiyyənin qida istifadəsinə xoşbəxtlikdən daha çox təsir etdiyi müəyyən edilib. Sadəcə artıq çəkili fərdlər deyil, normal çəkidə olan sağlam fərdlər də yemək yeyərək duyğularını tənzimləyir"deyib.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et