Bu gün:

Dənizlərin ən sirli canlısı


“Ximera” kimi tanınan köpəkbalığına dünyada nadir hallarda rast gəlinsə də bu canlıların nəslinin tükəndiyi haqqında dəqiq məlumat yoxdur. Bildirilib ki, Yeni Zelandiya alimləri okeanın dərinliklərində yaşayan nadir köpək balığının balasını tapıblar. Araşdırma qrupu sirli dəniz canlısının təsadüfən tapıldığını açıqlayıb. Tədqiqatçılar gənc köpəkbalıqlarının böyüklərə nisbətən fərqli davranışlar göstərə biləcəyini, buna görə də tapılan balaların sözügedən növlərin inkişafı ilə bağlı mövcud elmi anlayışa töhfə verə biləcəyini söylədi. Araşdırma qrupunun üzvlərindən biri olan Dr.Brit Fanucci bildirib ki, ximera balaları sualtı dəniz canlıları üzərində başqa bir araşdırma apararkən təsadüfən tapılıb. Fanucci dərin su canlılarının təsvir edilməsinin çox çətin olduğunu, lakin ximeraların daha da sirli dəniz canlıları olduğunu bildirdi.


Mənbə: Yeni Şafak


Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et