Bu gün:

Quokka: Dünyanın ən xoşbəxt heyvanı


Quokkalar üzlərindəki davamlı təbəssüm ifadələrinə görə "dünyanın ən xoşbəxt heyvanı" adını qazanıblar

Quokkalar təxminən ev pişiyi ölçüsündədir. Qısa, qalın, aralarında açıq rənglər olan boz-qəhvəyi tükləri var. Burunları tüksüz, qulaqları kiçikdir. Lakin onların uzun quyruqları 10 sm ilə 30 sm arasında dəyişə bilər.

Onların bədən çəkisi, ümumiyyətlə, 2 kq ilə 4 kq arasında dəyişir. Onların hündürlüyü, başları ilə birlikdə 40 ilə 51 sm arasındadır. Arxa ayaqları da 12 sm-ə qədər böyüyə bilər.

Yemək vərdişlərinə gəlincə, onlar, ümumiyyətlə, ot yeyəndirlər. Bölgəyə və mövsümə görə dəyişsə də, onların iki sevimli yeməyindən biri yarpaq, digəri isə kökdür.

Bundan əlavə, quokkalar Şərqi Avstraliyada yaşayan gecə heyvanıdır. Beləliklə, Rottness və Bald adaları da daxil olmaqla, ölkənin cənub-şərq hissələri vətənidir. Hazırda onların bir alt növ olduğuna dair heç bir sübut yoxdur.

Onların orta ömrü vəhşi təbiətdə 10 ildir. 1996-cı ildə quokkalar "nəsli kəsilmək üzrə olan və ya nadir heyvanlar" siyahısına salındı. Bunun bir çox səbəbləri var. Məsələn, yaşayış sahələri kiçilməkdə davam edir. Hər keçən il quokkaların sayı azalır və onlar təbii yırtıcıların qurbanına çevrilirlər.

Hazırda canlı olaraq təxminən 7500-15000 yetkin quokka olduğu təxmin edilir.

Bütün bu çətinliklərə baxmayaraq, quokkaların üzündəki təbəssüm heç vaxt solmur. Üstəlik ətrafa təbəssüm yaydığı kimi, qarşılığında başqalarından da gülüş qəbul edir.

Mənbə: Benimhayvanlarım

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et