Çay bitkisinin ilk göründüyü yer Çin kimi tanınır. Çay haqqında ilk məlumat eradan əvvələ aiddir.
O illərdə çinlilər çaydan içmək üçün deyil, tibbi prosedurlar üçün istifadə edirdilər. Rəvayətə görə, Çinin ilk imperatorlarından biri olan Şen Yunq çay bitkisinin təsadüfən qaynar suya düşməsinin şahidi olub. Bu kəşflə imperator çayın sehrinə düşür və yeddi il həmin bölgədə qalır və daim çay içir.
Paşa çayı isə uşaqlara verilən ilıq və şirin çay kimi təsvir edilir. Soyuq su əlavə edilərək ilıq edilən və çay içməkdən həzz almağımıza imkan verən bu çaydakı “paşa” sözü fransızca “pas chaud” sözündəndir. "Pa-şo" ifadəsi fransızca "isti deyil" deməkdir. Bəzi düşüncələrə görə isə bir vaxtlar paşalar işləri çox olduğu üçün onlara verilən çayı içə bilmir, nəticədə isə çay soyuyurmuş. Ona görə də istiliyini itirmiş çaya bu adın verilməyə başladığı düşünülür.
Mənbə: Habertürk
Tərcümə etdi: Tahirə Bağırzadə