Bu gün:

Südün bu faydalarını bilməlisiniz


Süd insanın doğulandan qocalanadək normal fəaliyyətini təmin edən qida məhsuludur. Süd ən faydalı və qidalandırıcı məhsullardan biridir.

Südün bir sıra müsbət cəhətləri vardır ki, süd içən insanlar özlərini daha gümrah hiss edirlər. Südün faydaları:

1. Qarın yağlarını əridir

Kökələn insanlarda yağlanma qarın və bel bölgəsində yığılmağa başlayır. Az yağlı dietanın tətbiq edildiyi insana gündə 2 stəkan süd içmək yağ əritmək üçün kifayət edir. Südün tərkibində olan keyfiyyətli protein və lioneiq turşusu kimi yağ molekulları ilə çəkiyə nəzarətə köməkçi olur.

2. Güclü sümüklər üçün vacibdir

Mineral baxımından son dərəcə zəngin olan süd, eyni zamanda, zəngin bir kalsium mənbəyidir. 1 litr südün tərkibində olan kalsium; 10 kilo ət, 5.2 kilo çörək, 12,6 kilo kartof, 17 kiloqram alma, 3,2 kilo kahı ya da 2,4 kiloqram kökdə olan kalsiuma bərabər miqdarda olur.

3. Üz dərisini cavan saxlayır

Gözəl və sağlam üz dərisi üçün keyfiyyətli qidalanmaq çox vacibdir. Südün tərkibində olan proteinlər, antioksidant olan A vitamini və Zn ilə üzün sağlamlığını qorunmuş olur. Süd üz dərisi üzərində nəmləndirici təsir edərək üz dərisinin korlanmasını və yaşlanmasını gecikdirir. Eyni zamanda, südün tərkibindəki maye üz dərisinin nəm tarazlığını qoruyur.

4. Beyinin ehtiyacı olan enerjini təmin edir

Yediyimiz qidaların insanın yaddaş, zəka və konsentrasiya gücü üzərində çox mühüm bir təsiri var. Süd beynin ehtiyacı olan enerjini təmin edir. Tərkibindəki yüksək zülal ilə orqanizm toxumalarının inkişafına köməkçı olan süd beyinin funksiyalarına müsbət təsir göstərir.

5. Ürək-damar sistemi üçün çox vacibdir

Yüksək təzyiqi olan insanların müalicəsində südün müsbət təsirləri bilinir. Yüksək təzyiq üçün istifadə olunan bəzi dərmanların əlavə təsirlərini azaltmada südün effektli olduğu məlumdur.

6. Xroniki bronxitin və bağırsaq xərçənginin profilaktikası üçün vasitə

Hopkins Üniversitetində aparılan bir araşdırmada isə süd içən insanlarda xroniki bronxitə heç rastlanmadığı ortaya çıxıb. Mütəxəsislər südün siqaret, spirtli içki və bol miqdarda qəhvə kimi asılılıq yaradan maddələri istifadə edən insanları belə qoruduğuna diqqət çəkirlər.

7. Osteoporozdan qoruyur

Osteoporoz ən çox rast gəlinən sümük xəstəliyidir. Yaşla bağlı olaraq sümük qalınlığında da azalmanın qarşısını ala bilmənin ən yaxşı yolu isə kalsium və D vitamini qəbul etməkdir. Gündə 2-3 dəfə 1 stakan süd içməm kalsium qəbulu üçün məsləhət görülür.

Mütəxəssislər hər gün ən az 1 dəfə də olsa süd içməyin insan organizminə çox böyük faydası olduğunu qeyd ediblər.

Mənbə: Hürriyet

Tərcümə etdi: Aytac Musayeva


Paylaş
Şərh əlavə et