Özünəməxsus xüsusiyyətləri ilə hər kəsin beyninə həkk olunan heyvanlar aləminin üzvlərindən olan tısbağaların niyə yavaş-yavaş yeridiklərini və daim hərəkətdə olduqlarını düşünürsünüzsə, doğru cavabları tapmaq üzrəsiniz. Tısbağaların nisbətən yavaş hərəkət etməsinin müxtəlif səbəbləri var. Bu hərəkəti bir səbəblə izah etmək düzgün olmazdı.

Ayaqları kiçik olsa da, böyük canlılardır
Çünki arxalarında həqiqətən ağır bir yük daşıyırlar
Daim hərəkətdə olurlar
Tənəffüs və qan dövranı sürətləri daha sürətli yeriməyə imkan vermədiyi üçün yavaş yeriyirlər.
Tısbağalar saatda neçə kilometr qət edirlər?
Tısbağaların əslində çox yavaş heyvanlar olmadığını söyləməyə çalışdıq. Bu fikri sizə çatdırmağa çalışarkən boş məlumatlardan istifadə etmədiyimizə əmin ola bilərsiniz. Bəli, tısbağalar şəhər həyatına uyğunlaşa bilməyəcək qədər yavaş hərəkət edən canlılardır və bu vəziyyət nağıllarımızda öz əksini tapır. Amma əminik ki, onların sürətini eşidəndə şoka düşəcəksiniz. Tısbağalar saatda kilometrlərlə nə qədər sürətlə gedirlər?
Tısbağalar saatda 0,27 kilometr sürətlə hərəkət edə bilirlər. Bu sürət onların ölçüsünə və yaşından asılı olaraq dəyişə bilər. Onların sürəti təkcə öz xüsusiyyətlərindən deyil, həm də yeriməyə çalışdıqları mühitin xüsusiyyətlərindən asılı olaraq çox dəyişir. Dəqiq bir nəticəyə gəlmək üçün tısbağaların öz yaşayış yerlərindəki sürəti araşdırılmalıdır.
Mənbə: Petarkadas
Tərcümə etdi: Günay Ələsgərova
