Bu gün:

Əjdahalar nə vaxtsa mövcud olub?


Əjdaha əfsanələri Qədim Çindən Mesopatamiyaya qədər onlarla mədəniyyətdə mövcuddur. Çin, 5 min ildən artıq bir tarixə malik olan ən qədim və ən davamlı əjdaha hekayələrinə ev sahibliyi edir. 

Əjdahalar Çin təxəyyülündə imperiya hökmranlığını və bəxti simvolizə edir və onların miflərində əjdahalar uzaq sularda yaşayır və qanadsız olsalar da uça bilirlər. Əjdaha illəri 12 illik Çin Bürc sistemində ən uğurlu illər hesab olunur. "Üzüklərin böyüyü" və "Əjdahanı necə öyrətmək lazımdır?" kimi filmlərdən tutmuş Eragon və Witcher kimi məşhur seriallara qədər bir çox sahədə qarşılaşdığımız və təsəvvürümüzü ələ keçirdiyimiz əjdahaların tarixi də eyni dərəcədə maraqlıdır və illərdir araşdırılır.  

Ancaq əjdaha fiqurunun tarixinin 15 min il əvvələ gedib çıxması və bu rəqəmin Uzaq Şərqdən Mesopotamiya və Amerikaya qədər bir çox mədəniyyətlərdə olması bu araşdırmalarda istifadə oluna biləcək qaynaqları artırır. Bu da tədqiqatçıların işini çətinləşdirir, çünki resursların bu bolluğu fikirlərin mövcudluğunu göstərir.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et