Kitab oxumağın beyin üçün faydalı olduğunu yəqin ki, əvvəllər eşitmisiniz. Bəs, gecə yatmazdan əvvəl kitab oxumaq hansı faydaları verə bilər? Bu yazıda biz oxumağın bütün faydalarına nəzər salacağıq. Gecələr kitab oxumaq beyin üçün çox faydalıdır. Hər kəs oxumağın vacib bir fəaliyyət olduğunu bilir. Bəs o, beyin üçün hansı faydaları təmin edir? Oxumaq beyinə necə təsir edir?
Müasir uşaqlar çox kiçik yaşlarından texnologiya ilə tanış olduqları üçün oxumağı oxumaq qədər zəhmət tələb etməyən video oyunlar, sosial oyunlar, filmlər və televiziya proqramları əvəz edib. Bununla belə, oxumağın saysız-hesabsız faydaları var. Əslində gecələr kitab oxumaq çox daha faydalıdır.
Gecələr kitab oxumaq yaddaşınızı yaxşılaşdırır. Yadınızdadırsa, tələbəlik illərində sizə deyirdilər ki, oxuduğunuz fənləri yadda saxlamağın ən yaxşı yolu gecə oxumaqdır. Bu məsləhətə əməl etməyi seçmiş ola bilərsiniz, ya da olmaya bilərsiniz. Bəs bu məsləhətin arxasındakı həqiqət nədir?
Hamı bilir ki, beyin gecələr daha çox işləyir. Yaxşı, bunun səbəbi nədir? İstirahət və yatarkən bütün enerjiniz bədəndəki bu orqana yönəlir. Yatmadan əvvəl kitab oxusanız, oxuduqlarınız daha yaxşı yadda qalacaq. Əgər əvvəllər sınamısınızsa, bunun sizin üçün də belə olduğunu görmüsünüz. Deməli, bu şayiə mif deyil! İnsanlar da gecələr daha yaxşı konsentrə olurlar. Ona görə də oxumaq və faydalı bir şey öyrənmək sizin üçün çox yaxşı olardı.
Beyninizi inkişaf etdirir. Gecə oxumağın başqa bir faydası, beyninizin işləməsinə kömək etməsidir. Daha sağlam və çevik bir bədənə sahib olmaq üçün fiziki fəaliyyətlər etdiyiniz kimi, beyninizi daha yaxşı bir yaddaşa sahib olmaq üçün məşq edə və hər şeyi xatırlamaq üçün lazım olan vaxtı qısalda bilərsiniz.
Yatmadan əvvəl kitab oxuduğunuz zaman beyniniz işləyir. Oxuduqlarınıza diqqət yetirmək, yatarkən beyninizin məşq etməsinə şərait yaradır. Daha sürətli reaksiya verməyə kömək edir. Bu, söhbət edərkən, gözlənilməz bir şey baş verəndə və ya tez hərəkət etməli olduğunuzda çox faydalı ola bilər.
Mənbə: sagligabiradim
Tərcümə etdi: Nuray Mürsəlova
