Bu gün:

Buqələmunlar niyə və necə rəngini dəyişir?


Sürünən heyvanlar qrupunun duyğularına görə rəng dəyişə bilən ən şirin və maraqlı heyvanlardandır. Dilləri öz uzunluğundan demək olar ki, 1,5 dəfə böyükdür və dərisindən tutmuş gözlərinə qədər qeyri-adi canlılardır. Onların uzunluğu 10-50 sm, orta hesabla 25 sm-dir. Onlar yavaş-yavaş hərəkət edirlər, lakin bugünkü əsas mövzumuz onların mükəmməl kamuflyaj və rəng dəyişdirmə sənətidir.

Rəngini dəyişən heyvanlar həmişə diqqətimizi çəkir və onların bənzərsiz gözəlliyi bizi valeh edir. Buqələmunların ətraf mühitə uyğunlaşmaq üçün tez-tez rəng dəyişdirdiyini bilirik, lakin bu qismən yanlışdır. Bu canlıların stasionar halda rəngi yaşıl olur. Təbii həyat və ağac zirvələri ilə uyğun gəlir. Kişilər xəbərdarlıq olaraq dişi və ya başqa bir kişi rəqib görəndə rəngini dəyişirlər. Oyanmış buqələmun sarı, narıncı və qırmızı çalarları əks etdirə bilər. Bu vəziyyət ətraf mühitə uyğunlaşmaqdansa, özünü daha böyük və görünən etmək istəyindən irəli gəlir.

Buqələmunlar rəngini necə dəyişir?

Bu canlıların rəngini dəyişməsi mövzusu, rəngini dəyişən ahtapotlar kimi bir çox elm adamının diqqətini çəkdi. Dəri hüceyrələrini örtən xromoforlar adlanan piqment torbalarının mövcud dəyişmə istəyindən asılı olaraq rənglərindən istifadə etdiyini müəyyən etdi. Təbii ki, o qədər də sadə olmayan bu dəyişiklik əslində buqələmunların da Photoshop kimi rəng palitrasına malik olduğunu ortaya qoyur. 

Rəng tonları dərilərindəki piqmentlər vasitəsilə əmələ gəlir. Rənglər hüceyrələrdə toplanan və sintez edilən, müxtəlif rəng qrupları yaradan çoxsaylı piqmentlər sayəsində ortaya çıxır. Rəng verən piqmentlər dərinin kəsmə yerində, yəni xətlərə bölünən hissədə yerləşir. Hər bir fərqli əsas rəng qrupunun rəng təminatçısı dəri altında sintez edilən piqmentlərdən gəlir.

Buqələmunların rəngini dəyişdirmə səbəbləri

Biz bilirik ki, bu heyvanlar soyuqqanlı canlılardır, çünki daxili istilik əmələ gətirə bilmirlər. Bu məlumatlara əlavə olaraq, tünd rəng tonlarının istiliyi udduğu və açıq rənglərin onu əks etdirdiyi barədə sadə ibtidai məktəb biliklərindən istifadə etməyi xatırlayırıq. Bu iki vəziyyəti bir araya gətirdiyimiz zaman buqələmunların müəyyən bir istilik istiliyinə çatmaq üçün mühitlərindən istifadə etdiklərini asanlıqla anlayırıq. Onlar isinmək istədikdə rəngini və tonunu tündləşdirərkən, soyumaq istədikdə isə bunun əksini etdiklərinin şahidi oluruq.

İnsanlar çox vaxt hazırkı əhval-ruhiyyələrini və ya ətraflarında əks etdirdikləri əhval-ruhiyyəni şifahi olmasa da, geyimləri və ya saç düzümləri vasitəsilə göstərirlər. Eyni şey bu heyvanlara da aiddir. Buqələmunlar da emosional vəziyyətlərindən asılı olaraq rəngini dəyişə bilirlər. Həyəcanlar, qorxular və gərginliklər müxtəlif rəng tonları göstərir.

Mənbə: mihav

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et