Banan hər mövsüm həvəslə yeyilən meyvədir. Bəs siz banan qabığı ilə nə edirsiniz? Banan qabığı ilə dadlı çaylar hazırlaya bilərsiniz. Banan qabıqları bananın özü qədər qidalı və sağlamdır. Əgər bananı yedikdən sonra bananın qabıqlarını atsanız, çox şey itirmiş olursunuz. Bu çay həb və ya qara çaydan daha dadlıdır və əlavə şəkər tələb etmir. Banan qabığı çayı 5-HT və 5-HTP ehtiva edir. Banan qabığı çayını necə hazırlamaq olar:
Çay üçün banan qabığını necə hazırlamaq olar?

Banan qabıqlarını soyuducu torbalarına toplayın və banan qabıqlarını müəyyən vaxta qədər dondurucuda saxlayın. Banan qabıqlarını dondurucudan çıxarın. Qabıqları pasterizə edin. Qabıqları pasterizasiya temperaturunda (65-70 dərəcə) sobaya qoyun. Quruyana qədər bişirin. Bu, bir saatdan az çəkməlidir. Qabıqları əllərinizlə bir az parçalayın və parçalara bölün. Blenderdə bir dəfəyə qabıqları toz halına gətirin. Bağlı konteynerdə sərin, qaranlıq yerdə saxlayın.
Banan qabığından çay necə hazırlanır?

Bir çay qaşığı toz halına salınmış banan qabıqlarının üzərinə qaynar su tökün. İncə torlu qəhvə süzgəcindən keçirin. Yaxşı bir gecə yuxusu almağınıza kömək etmək üçün yatmazdan əvvəl çaydan həzz alın.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
