Bu gün:

Titanik menyusu


1912-ci ildə Titanik faciəsindən sonra qalan izlər bu gün də araşdırılır. Hərracda Titanik sərnişinlərinin qəzadan 3 gün əvvəl nə yediklərini göstərən menyu satışa çıxarılıb. Görün o menyuda hansı yeməklər var?!


Böyük fəlakətin baş verdiyi Titanikin birinci dərəcəli restoranından qalan menyu, 1912-ci ildə dəniz fəlakətində həlak olan bir adamın cib saatı və qəzadan qalan ədyal hərracda satılıb. Henry Aldridge and Son Ltd. hərrac evinə görə təxminən 101.600 dollara satılan 11 aprel 1912-ci il tarixli menyuda Titanikin ən varlı sərnişinlərinin qəzadan üç gün əvvəl şam yeməyində nə yedikləri göstərilir. Aprelin 11-nə keçən gecə şam yeməyi seçimlərinə molyuska, zəncəfilli souslu ət qızartması, ərikli Bordaloue (bir növ tort, keks) və Viktoriya pudinqi kimi desertlər daxildir.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et