Bu gün:

Gül çayı necə hazırlanır?


Gül çayı özünəməxsus ətri və dadı ilə çox gözəldir. Müxtəlif ləzzətlərlə birləşdirilərək versiyalar hazırlana bilər. Qızılgüllər günorta da daxil olmaqla istənilən zaman üçün mükəmməldir. Bu, gül bağının "şirin" ətri ilə sizi əzizləyəcək yüngül və ətirli çaydır. Gül çayını necə hazırlamaq olar:

Təzə qızılgül ləçəklərindən çay necə hazırlanır?


Yalnız təzə qızılgül ləçəklərindən istifadə edərək qızılgül ləçəklərindən çay hazırlamaq mümkündür. Təzə-tər ləçəkləri seçin. Bir miqdar, ən azı 1 fincan və ya təxminən 2 stəkan lazımdır. Ləçəkləri axar suyun altına qoyulmuş bir süzgəcdə təmizləyin. 3 stəkan su ilə dolu bir qazana 1-2 stəkan qızılgül ləçəklərini qoyun. Beş dəqiqə qaynadın. Sonra süzün və fincanlara tökün. Bal ilə şirinləşdirin və ya olduğu kimi ləzzət alın.

Yaşıl qızılgül çayı necə hazırlanır?


Qızılgül ləçəklərini qurudun. Əgər mağazadan qurudulmuş qızılgül ləçəkləri almırsınızsa, özünüz hazırlayın. Yetiştirdiyiniz qızılgül ləçəklərinin acı deyil, şirin olmasına diqqət etməlisiniz. Ləçəklər quruduqdan sonra çay hazırlaya bilərsiniz. Çay üçün uyğun, hava keçirməyən, şəffaf şüşə qabda saxlayın. Təlimatlara əməl edərək bir fincan çay hazırlayın. İstədiyiniz halda şirinləşdirmək üçün bal əlavə edin.

Gül ətirli çayı necə hazırlamaq olar?


Zövqünüzə uyğun keyfiyyətli qara çay seçin. Qızılgül dadı ilə qarışacaq, amma yaxşı çay olmalıdır ki, qarışımdan həzz ala biləsiniz. Çay yarpaqlarını və qızılgül ləçəklərini böyük bir qarışdırma qabına qoyun. Birləşdirmək üçün yumşaq qarışdırın. Qarışığı uyğun hava keçirməyən qablara tökün. Nə vaxt hazırlandığını və nə vaxt istifadə edilməli olduğunu xatırlamağınız üçün üzərinə tarixləri qeyd edin. Gül ləçəklərinin bir az dad verməyə başlaması üçün bir neçə gün saxlayın. Çay dəmləndikdə, ləzzətlərin çoxu qaynar su ilə birlikdə çıxacaq, buna görə də çox gözləməyə ehtiyac yoxdur. Əsas olaraq istifadə edilən qara çayla birlikdə təlimatlara uyğun olaraq qızılgül çayını hazırlayın. Çay gül ləçəkləri əlavə edilməklə xoş ətirli olacaq.

Mənbə: Lezzet 

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et