
Uşaqlarda yüksək hərarət, öskürək, boğaz ağrısı kimi problemlər yarandıqda valideynlər dərhal antibiotik qəbul etməyə üstünlük verirlər. Bununla belə, ölkəmiz Avropa ölkələri arasında antibiotik istifadəsində ön sıralardadır.
Faydalı bakteriyaları öldürür
Bədənimizdəki faydalı bakteriyaların ölümünə və qidaların həzm edilməsindən immunitet sisteminin tənzimlənməsinə, beyin sağlamlığından iltihabın qarşısının alınmasına qədər mühüm funksiyaları yerinə yetirən zərərli bakteriyaların artmasına səbəb olur. Zərərli bakteriyaların artması ishal, qarın ağrısı və qusmadan tutmuş çox ciddi xəstəliklərə qədər bir çox zərərlərə səbəb ola bilər.
Qaraciyər və böyrəklərin zədələnməsinə səbəb olur
Həyati vacib orqanlarımız olan qaraciyər və böyrəklərimiz də antibiotiklərin fərq qoymadan istifadəsi nəticəsində çox zədələnir. Antibiotiklərin lazımsız və təsadüfi istifadəsi qaraciyər və böyrəklərə ciddi ziyan vura bilər. Qaraciyər və ya böyrəklərində problem olanlar mütləq həkimə məlumat verməli , dərman və doza buna uyğun tənzimlənməlidir.
Antibiotiklərə davamlılıq sürətlə artır
Bu o deməkdir ki, dərman bakteriyaları öldürməkdə və onların yayılmasının qarşısını almaqda təsirini itirir. Tədqiqatlara görə, antibiotiklərə qarşı müqavimət səbəbindən infeksiya ölümləri dünyada eksponent olaraq artır. 2050-ci illərdə rezistent infeksiyalar səbəbindən ölümlərin milyonlarla olacağı proqnozlaşdırılır.
Ciddi alerjik reaksiyalara səbəb olur
Antibiotiklərdən lazımsız istifadə də allergik xəstəliklərin geniş yayılmasına səbəb olur. Şüursuz şəkildə istifadə edilən antibiotiklər nəfəs almağa təsir edən və huşunu itirməyə səbəb olan anafilaktik şok adlanan sürətlənmiş ürək döyüntüsünə qədər çox ciddi həyati təhlükə yarada bilər.
Mənbə: Milliyet
Tərcümə etdi: Nəzri Süleymanova
