Bu gün:

Fındığın faydaları


Araşdırmaya görə günə yumurta yerinə bir ovuc fındıq ilə başlamaq və onu vərdiş halına salmaq ürək-damar xəstəlikləri riskini 17 faiz, şəkərli diabet riskini 18 faiz, erkən ölüm riskini isə 15 faiz azaldır. 

Almaniya Diabet Araşdırma Mərkəzinin mütəxəssisləri qırmızı və emal olunmuş ət, quş əti, balıq və süd məhsullarından bitki mənşəli qidalara keçidin faydalarını qiymətləndirmək üçün 37 araşdırmanı təhlil ediblər. Bitki mənşəli qidalar dedikdə paxlalılar, qoz-fındıq, tam taxıllar, yağlar, meyvə və tərəvəzləri nəzərdə tuturuq.

BMC Medicine jurnalında dərc olunan araşdırmaya görə, ət və süd məhsullarını tam taxıl, lobya, qoz-fındıq və zeytun yağı ilə əvəz etmək ürək-damar xəstəliklərini və 2-ci tip diabeti əhəmiyyətli dərəcədə azalda bilər. İcmalda ən vacib məsələlərdən biri səhər yeməyinin əvəzolunmazı olan yumurta idi. 

Təhlillər göstərib ki, hər günə bir yumurta əvəzinə bir ovuc fındıq və ya 25-28 qram qoz-fındıq ilə başlamaq ürək xəstəlikləri riskini 17 faiz, şəkərli diabet riskini 18 faiz və erkən ölüm riskini 15 faiz azaldır. 

Mənbə: Milliyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et