Bu gün:

Qırmızı rəng öküzləri qəzəbləndirirmi?


Korridada istifadə edilən qırmızı papaq və buna görə öküzlərin qəzəblənməsi öküzlərin qırmızıya həssas olub-olmaması ilə bağlı maraq doğurur. Bəs heyvanların rənglərə belə xüsusi münasibəti varmı? 

Əslində, qırmızı rəng heç bir buğanın qəzəbinə səbəb olmur. Çünki öküzlər rəng kordur və qırmızını digər rənglərdən ayıra bilmirlər. Korridada matador papağını və şalını silkələməklə öküzü qəzəbləndirir. Buğanın qırmızı şalın üstünə hücum etməsi inamı yanlışdır. İspaniyada matadorların qırmızı dəbilqə taxdıqları üçün öküzlərin qırmızı rəngə hücum etməsi inamı geniş yayılıb. Ancaq bu rəng başlıqlarda öküzü qəzəbləndirmək üçün deyil, tamaşaçılara xoş görüntü vermək üçün seçilib.

Korrida ənənəsi İspaniyada yaranmayıb. Məlumdur ki, qədim Yunan, Roma, Misir və Çin sivilizasiyalarında qədim zamanlarda öküzlərlə və insanlarla belə oyunlar olub. Onları öküz döyüşlərində qəzəbləndirən matadorlardır. Əllərindəki papağı və çubuğu daim dalğalandırırlar. Başqa sözlə desək, öküzün qırmızı başlığa hücum etdiyinə dair ümumi inanc tamamilə yanlışdır. Buna səbəbi İspaniyada matadorların həmişə qırmızı papaq və paltar geyinməsi olub. Meydandakı öküzlərin qəzəblənməsinə səbəb ətrafdakı tamaşaçıların ucadan alqışları, arenadakı aktivlik və onlara qarşı aqressiv münasibətdir. Buğalardan fərqli olaraq qırmızı rəng insanları cəlb edir. 

Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, bu rəng insanlarda həyəcan yaradır və ürək döyüntülərini sürətləndirərək təzyiqi artırır. Qırmızıya fizioloji reaksiyanın səbəbi tam məlum deyil. Ancaq belə bir həyəcanın qanla eyni rəngdə olduğu üçün zehni olaraq tətikləndiyi düşünülür.

Mənbə: huriyyet

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et