Bu gün:

Körpələrdə dil inkişafı və nitq prosesi necə baş verir?


Həyatın ilk 3 ili beynin ən sürətli inkişaf etdiyi, nitq və dil bacarıqlarının mənimsənildiyi ən kritik dövrdür. Bu bacarıqlar ən yaxşı şəkildə səslər, şəkillər, müxtəlif mühitlərlə zəngin stimullar təqdim etməklə və başqalarının nitqinə, səslərinə daimi məruz qalmaqla inkişaf etdirilir.

Körpə ilk ünsiyyəti ağlayaraq qurur. İlk 3 həftədə yaranan səslər məqsədsiz, fərqlənməmiş və mənasızdır. İkinci üç həftədən başlayaraq ağlama fərqli olur. Onun ağlamasıyla siz körpənin ehtiyaclarını başa düşməyə başlayırsınız. Yeni doğulmuş körpələt ətraf mühitdə ana və atasının səsi kimi vacib səsləri tanımağa başlayırlar.

Uşaqların dil və nitq bacarıqlarının inkişafı müxtəlifdir. Bununla belə, onlar dil bacarıqlarına yiyələnmək üçün təbii irəliləyiş və qrafik izləyirlər.

Mənbə: Memorial Sağlık Grubu

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et