Bu gün:

Kitabın oxumağın faydaları nələrdir?


Bir çox insanlar ümumi həyat şəraitində stress altındadırlar. Üstəlik, iş qrafikinin gərginliyi, ay sonu narahatlığı və həyat mübarizəsi bəzən insanı bürüyür. Stressi günü-gündən artan insanlarda ümumi həyat səmərəliliyi azalır və zaman keçdikcə insan həyatdan həzz almağı belə dayandırır. 

Bütün bu çətin şərtlərə baxmayaraq, insanlar az da olsa, diqqətlərini yayındırmaq və dincəlmək üçün müxtəlif fəaliyyətlərlə məşğul olurlar. Hobbi olaraq da adlandırılan bu məşğuliyyətlər tamamilə insanın ümumi zövqləri çərçivəsində müəyyən edilir və formalaşdırılır.  Kinoya getmək, səyahət etmək, balıq tutmaq və musiqi dinləmək bu hobbilər arasında sayıla bilər. Əslində, bu xüsusi asudə vaxtların ən gözəli, faydalısı və məhsuldarı kitab oxumaqdır.

Bəzi insanlar üçün hobbi olaraq başlayan kitab oxumaq zaman keçdikcə nizamlı olur və insanlara da fayda verir. Uşaqlıqdan yetkinliyə qədər kitab oxumağın nə qədər faydalı olduğunu daim deyirlər. Bu, tamamilə doğrudur. Kitab oxumaq insanı gündəlik dərdlərdən, stressdən uzaqlaşdırır və əslində, yeni bir dünyanın qapılarını açır. Bu arada insana müxtəlif faydalar verir.

Kitab oxumağın faydaları saysız-hesabsızdır.  Kitab oxumağın əsas faydalarını sizin üçün sadaladıq;
Müntəzəm olaraq kitab oxuyan insanların beyinlərindəki əlaqələr güclənir və insanın empatiya qabiliyyətini artırır.

Daimi kitab oxuyan insanlar daha çox söz işlədirlər, çünki onların lüğət ehtiyatları inkişaf edir.
Müntəzəm olaraq kitab oxuyan insanlarda stress azalır. Daimi kitab oxuyan insanlar gecələr daha rahat və dinc yatırlar. Müntəzəm olaraq kitab oxumaq yalnız depressiya əlamətlərini azaltmağa kömək etmir, həm də zamanla depressiyanın öhdəsindən gəlməyə kömək edir.

Kitab oxumaq zehni xroniki yorğunluq və stressdən qoruyur və rahatlaşdırır. Kitab oxuyan insanlar daha çox müxtəlif sözlərdən istifadə edir və nitqləri səlis olur. Daimi kitab oxumağın ən mühüm faydalarından biri də unutqanlıq problemini aradan qaldırmasıdır. Gecələr yuxu problemi olan insanlar müntəzəm olaraq kitab oxumaqla bundan xilas ola bilərlər. Mütəmadi olaraq kitab oxuyan insanlar övladlarına yaxşı nümunə olurlar. Özünəinamı gücləndirən müntəzəm kitab oxumaq zəkanı da artırır. Daimi kitab oxuyan insanlar çevik və praktikdirlər.

Kitab oxumaq böyük əhəmiyyət kəsb edir.  Xüsusən də uşaqlıqdan kitab oxumağa başlayanda insanın yaradıcılığı, problem həll etmə bacarığı və təxəyyülü genişlənir.  Kitablar həm də insana yeni məlumatlar əldə etmək imkanı verir.  Görüntü olmadığı üçün insan beynində yeni və gözəl bir dünya yaradır, oxuduqları ilə əlaqə qurur. Valideynlər kitab oxuduqca övladlarının problemlərinin həllində, onlara təhsil verməkdə, davranışlarını öyrətməkdə daha məharətli olurlar.

Kitab oxumağın beyinə faydaları olduqca diqqətəlayiqdir.  Xüsusilə, mütəmadi olaraq kitab oxuyanlarda beyindəki əlaqələrin gücləndiyi müşahidə edilib. Kitab oxumaq insanın empatiya qabiliyyətini gücləndirəcək və ömrünü uzadacaq.
İnsanlara daha dəqiq şəxsiyyət formalaşdırmağa imkan verir.
İnsan oxumaqla öz qabiliyyətlərini gücləndirir.

İbtidai məktəbdə müntəzəm kitab oxumaq uşaqlar üçün faydalıdırmı?

Ən vacib sual ibtidai siniflərdə müntəzəm olaraq kitab oxumağın uşaqlar üçün faydalı olub-olmamasıdır.  Çünki bu dövrdə kitab oxumağa yeni başlayan uşaqlar yalnız çoxlu kitab oxumaqla nitq və oxu bacarıqlarını inkişaf etdirə bilərlər.

Mənbə: Habertürk

Tərcümə etdi: Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et