Bu gün:

Hətta aşpazların da bilmək istədiyi 8 mətbəx taktikası


Bir çox insanlar yemək hazırlayarkən mətbəxdə vaxta qənaət etmək üçün praktik üsullara əl atırlar. Mətbəxdə işinizi asanlaşdırmaq və daha ləzzətli yeməklər bişirməklə vaxtınıza qənaət etmək istəyirsinizsə, hətta aşpazların belə bilmək istədiyi 8 mətbəx tövsiyəsini sizin üçün paylaşdıq. Bu tövsiyələri nəzərə almağı unutmayın! Həyatınızı asanlaşdıracaq 8 mətbəx tövsiyəsi... 

1. Soğan doğrayarkən gözlərinizin sulanmasının qarşısını almaq üçün yanınızda şam yandırın və sonra söndürün. Başqa bir üsul isə soğanı yarıya bölüb soyuq suyun altında saxlayıb bir müddət dincəldikdən sonra doğramaqdır.

2. Əgər pomidorları doğrayarkən daim suyunu buraxdığından şikayət edirsinizsə, pomidorları çörək bıçağı ilə doğrayın. Beləliklə, halqalar daha incə olacaq və suyu bütün mətbəxə yayılmayacaq.

3. Dilimlənmiş kartofların daha dadlı olmasını istəyirsinizsə, üzərinə toyuq budlarını qoyun. Beləliklə, toyuq və kartofun dadı çox daha yaxşı olacaq.

4. Əgər toyuq şişləri hazırlayacaqsınızsa və bişirmə qabınız istədiyiniz ölçüdə deyilsə, işi asanlaşdıracaq bir üsulu sizinlə paylaşırıq. Toyuqu üfüqi şəkildə tutmaq üçün taxta şişlərdən istifadə edərək orta ölçülü bir soba qabına yerləşdirə bilərsiniz.

5. Yeməkləri metal tavaya qoysanız, daha tez əriyəcək. Bunun səbəbi, məhsulun soyuqluğunun metal üzərində daha tez keçməsi və beləliklə, daha sürətli əriməsidir.

6. Qaynadılmış yumurtaları daha tez təmizləmək üçün xörək qaşığından istifadə edə bilərsiniz. Etməli olduğunuz şey yumurtanın yuxarı hissəsindən qabığına doğru yemək qaşığını hərəkət etdirməkdir. 

7. Evdə hazırlanmış suşini saxlamaq üçün bir dilim çörək və hava keçirməyən saxlama qabından istifadə edin.

8. Yağlı və çirkli qabları asanlıqla təmizləyə bilərsiniz. Bunu etmək üçün çirkli bir qaba kağız dəsmal qoyun, bir az qab sabunu və bir az su əlavə edin. Qapağı bağlayın və konteyneri silkələyin. Çirkli kağız dəsmalı çıxarın və konteyneri yuyun.

Mənbə: Milliyet

Tərcümə etdi: Nuran Əhmədzadə 








Paylaş
Şərh əlavə et