Halloven bayramı zamanı evdə və çöldə balqabaqların işıqlandırıldığını görmüş ola bilərsiniz. Balqabağı oyduqdan sonra içərisinə işıq qoymaq fərqli atmosfer yaratmağın vacib hissəsidir. Ənənəvi olaraq, balqabağın içərisinə bir şam qoyulur, lakin içəridə işıq yaratmaq üçün başqa imkanlar da var. Balqabağı necə işıqlandırmaq olar:

Balqabağınızı oyun. Balqabağı oyarkən, işıqlandırmaq üçün oyuğu harada açacağınızı düşünün.
- Hazırladığınız balqabağı çöldə saxlayacaqsınızsa, alt hissəsindən açılmış oyuq küləkli və fırtınalı gecələr üçün idealdır.
- Qurudulmuş gövdəni tutacaq kimi istifadə edərək, balqabağın yuxarı hissəsində qapaq kimi kəsin. Bu köhnə üsuldur. Şamlardan istifadə edin. Şamlar balqabağı işıqlandırmaq üçün ənənəvi üsuldur və bu gün də istifadə olunur.
Balqabağın hər iki üslubu üçün içəridən istilik buraxmaq üçün bir baca oyuğu yaradın. Şam alovunun istiliyi yüksəlir və nəticədə balqabağın yuxarı hissəsini yandırır və balqabağı içəridən bişirməyə başlayır. Bununla məşğul olmaq üçün balqabaq şamını yandırın və bir neçə dəqiqə yanmasına icazə verin. Daha sonra balqabağın üzərində qızan sahənin harada əmələ gəldiyini görəcəksiniz.
Batareya ilə işləyən işıqdan istifadə edin. Uzun, ev heyvanlarına və ya uşaqlara zərər verən işıqlardan narahatsınızsa, batareya ilə işləyən işıq təhlükəsiz alternativ təmin edə bilər və ucuzdur. Onları nəzarətsiz buraxmaqdan narahat olmaq lazım deyil, külək əsərkən dolaşmayacaq.

Digər növ işıqlardan da istifadə edə bilərsiniz. Fənər, lampa işığı, top işıqlar və s. kimi ətrafda mövcud olan digər işıqlardan istifadə edin. Əgər naqilli işıqdan istifadə edirsinizsə, bütün naqilləri çıxardığınızdan əmin olun. Velosipedlər, faralar və s. üçün hazırlanmış led işıqlar gözəl balqabaq işıqları yarada bilər. Bacarırsınızsa, foto çəkməyi unutmayın, çünki yanan balqabaqlar unudulmaz fotolar yaradır.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
