Mətbəxlərdə geniş istifadə olunan kağız dəsmallar təkrar emala yararlı olmadığı üçün ekoloji cəhətdən təmiz deyil. Beləliklə, kağız dəsmal istifadəsini necə azaltmaq olar?
Təəssüf ki, gündəlik həyatın təlaşında ətrafa tökülən damcı və ya səpələnmiş kirləri təmizləmək üçün tez-tez kağız dəsmallardan istifadə edirik. Birdəfəlik kağız dəsmallarda istixana qazı emissiyalarına səbəb olan poliqon tullantılarının dörddə biri var. Ümumilikdə təkrar emal oluna bilmədiyi üçün ekoloji cəhətdən təmiz deyil. Kağız dəsmallar sellüloza adlanan bitki materiallarından hazırlanır. Xüsusilə maye toplamaqda əla olan kağız dəsmallar gündəlik həyatda, xüsusilə mətbəxdə geniş istifadə olunur.
Kağız dəsmalları təkrar emal etmək olarmı?

Kağız dəsmalları təkrar emal etmək olmaz. Birinci səbəb odur ki, onlar zibil qutusuna atılanda artıq çirklidirlər. İkinci səbəb odur ki, mağaza rəfinə çatana qədər materialın teksturası tamamilə dəyişdirilir və işlənir. Daha yaşıl olaraq göstərilən ağardılmamış növlər də təkrar emal edilə bilməz. Ancaq bir ton kağız dəsmal istehsal etmək üçün təxminən 17 ağac kəsilir. Kağız dəsmallar su mənbələrini çirkləndirir və metan qazı çıxararaq qlobal istiləşməyə töhfə verir. Buna görə də, davamlı həyat üçün daha ekoloji cəhətdən təmiz variantları seçmək lazımdır.
Kağız dəsmal istifadəsini necə azaltmaq olar?

Alternativləri nəzərdən keçirin
Daha az tullantı ilə yaşamaq üçün kağız dəsmal istifadəsini minimuma endirin. Bunun əvəzinə təbiətə uyğun alternativlərə müraciət edə bilərsiniz. Bambuk, pambıq, klassik dəsmallar, pambıq və ya kətan örtüklər, kətan çörək çantaları, kətan və ya pambıq salfetlər, süngər və mikrofiber parçalar kağız dəsmallardan daha yaxşı seçimdir.
Mətbəxdə parça istifadəsini artırın
Mətbəxdə həmişə əlində olan kağız dəsmalları mikrofiber parça ilə əvəz edin. Mikrofiber parçalar xüsusilə mayeləri yaxşı mənimsəyir və tökülən qidaları kağız dəsmallardan daha yaxşı təmizləyir. İstifadədən sonra yuyulub təkrar-təkrar istifadə oluna bilər.
Parça dəsmallardan daxil edin
Yemək süfrəsində kağız dəsmal yerinə pambıq parçalardan və ya bezlərdən istifadə edin. Kiçik görünüşü ilə süfrəyə fərqli ab-hava qatan bu bezlər, tökülən əşyaları toplamaqda da çox müvəffəqiyyətlidir. Yüksək keyfiyyətli parçalar illərlə istifadə edilə bilər.
Bir qat istifadə edin

Bəzən yanınızda parça və ya salfet olmadıqda kağız dəsmallardan istifadə etməli ola bilərsiniz. Belə hallarda, bir qat kağız dəsmal istifadə edin və mümkün qədər az kağız sərf edin. Mikrofiber bezləri evdə, işdə və avtomobildə saxlamaqla tullantısız həyatı təmin edin.
Mənbə: Lezzet
Tərcümə etdi: Nuran Əhmədzadə
