
Girdab nədir? Necə əmələ gəlir?
Cərəyan suyun kütlə halında bir yerdən digər yerə hərəkətidir. Cazibə qüvvəsi, güclü küləklər, temperatur və dəniz suyunun sıxlığının dəyişməsi kimi müxtəlif səbəblərdən yarana bilən cərəyanların əksəriyyəti bir istiqamətdə və sürətlə hərəkət edir.
Müxtəlif istiqamətlərdə hərəkət edən iki və ya daha çox cərəyan qarşılaşdıqda bir-biri ilə toquşur və bir-birinin ətrafında dairəvi şəkildə fırlanmağa başlayır. Beləliklə, girdablar yaranır. Girdabdakı su molekullarının hərəkəti cazibə qüvvəsi ilə müəyyən edilir. Cazibə qüvvəsi su üzərində təzyiq yaradır və su molekullarını mərkəzə doğru çəkir.
Girdablar təhlükəlidirmi?
Əksər burulğanlar təhlükəli deyil. Ancaq çox böyük, güclü və şiddətli burulğanlar da yarana bilər. Bunlara girdablar deyilir. Güclü cərəyanların yaratdığı bu burulğanlar ətrafdakı cisimləri içinə çəkir. Bu böyük burulğanlar olduqca təhlükəlir.
Mənbə: TÜBİTAK Bilim Genç
Tərcümə etdi: Aminə Paşazadə
