Bu gün:

İnsanların həyatını itirməsinə səbəb olan mavi balina oyunu


Oyunun 2016-cı ildə Rusiyada yarandığı və bütün dünyada çoxsaylı ölümlərlə əlaqəli olduğu iddia edilir. 

Oyunun yeniyetmələri 50 gün ərzində intihara səbəb olacaq 50 tapşırığın yerinə yetirilməsinə təşviq edəcəyi düşünülür, digər tapşırıqlar isə qorxu filmlərinə baxmaqdan tutmuş tək saatlarda oyanmağa və nəticədə özlərinə zərər verə bilər.

Sözügedən mövzu ilə bağlı MailOnline-a danışan Nottingham Trent Universitetinin davranış asılılığı professoru Dr. Mark Griffiths valideynləri uşaqlarının əhval-ruhiyyəsindəki dəyişikliklərdən xəbərdar olmağa çağırıb.

"Əgər bu oyun həqiqətən mövcuddursa, ona nəzarət edənlər xüsusi olaraq depressiyaya düşmüş və sosial cəhətdən qapanmış uşaqları hədəf alırlar".

Carolyn Bunting, Internet Matters şirkətinin baş direktoru: "Övladlarınızın rəqəmsal sahədə nə qədər fərasətli olduğunu düşünsəniz də, onlar hələ də həssas ola bilər və tez-tez internetdə tapıla bilən zərərli məzmunla mübarizə aparmaq üçün tənqidi düşüncə və emosional yetkinliyə malik ola bilməzlər",- dedi. 

Mənbə: Onedio

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et