
Məlum olub ki, iki variant arasında qərəzsiz seçim etmək üçün havaya qəpik atmaq ədalətli nəticə vermir.
Ehtimal kitablarında "Bir sikkə atıldıqda onun üst və ya alt üzünün gəlmə ehtimalı 50% -ə bərabərdir" yazılır. Bəs təsadüfiliyin simvolu olan sikkə atışları, həqiqətən, ədalətli nəticə verirmi?
Amsterdam Universitetindən František Bartoš və onun həmkarları bu suala cavab vermək üçün 46 müxtəlif valyutadan istifadə edərək 350.757 kadr hazırlayıblar. Tədqiqatçılar sikkə hələ əlində ikən və sikkə atıldıqdan sonra sikkənin üzünü qeyd ediblər. Nəticədə sikkənin atılmadan əvvəl yuxarı baxan tərəfinin atıldıqdan sonra da yuxarı qalması ehtimalının təxminən 51% olduğu ortaya çıxıb.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova
