Gündə 2 stəkandan çox qəhvə istehlak etmək; Yuxusuzluq, gərginlik və həssaslıq başda olmaqla bir çox mənfi vəziyyətlərə səbəb ola bilər.
Əksər insanlar üçün qəhvəsiz bir günü təsəvvür etmək çətindir. Səhər yuxudan duranda, işə gedərkən və ya gün ərzində qısa fasilələrimiz zamanı qəhvə həmişə bizi müşayiət edir. Qəhvə içmək istəyinə qarşı çıxa bilmərik, çünki o, enerji və xoşbəxtlik mənbəyidir. Bəs gün ərzində tez-tez qəhvə istifadə etməyin zərərləri nələrdir ?
1.Dırnaqların həssaslaşması
Çox qəhvə içmək dəmirin udulmasını maneə törədə və anemiyaya səbəb ola bilər. Bədən toxumalarına oksigeni daşıyan sağlam qan hüceyrələrinin azalması sizi yorğun hiss edir. Aşağı enerji ilə yanaşı, anemiya da dırnaqlarınızın görünüşünə təsir göstərir. Dırnaqlar həssas olur və qırılmağa başlayır
2.Mədədə narahatlıq
Qəhvə içdikdən sonra tualetə getməyə ehtiyac hiss edirsinizsə, bunun elmi bir səbəbi olduğunu söyləyək. Qəhvə turşu olduğu üçün mədənin selikli qişasını qıcıqlandırır. Bu, kramplara və ya ishala səbəb ola bilər. Kofeinsiz qəhvə istehlak etsəniz belə bu vəziyyəti yaşaya bilərsiniz.
3.Baş ağrısı
Bir çox insanlar isti qəhvənin baş ağrısını aradan qaldıra biləcəyini düşünür. Lakin vəziyyət tam əksinədir. Gündə 2 fincan qəhvə təhlükəsiz hesab edilsə də, biz çox vaxt bu miqdarı aşırıq. Həddindən artıq kofein tez-tez sidiyə getməyinizə səbəb olur. Bu zaman orqanizm su itirir və baş ağrısı yaranır.
Mənbə: Womantv
Tərcümə etdi: Rəhimə Cəmilova
