Yaponiya ada ölkəsi olduğundan dəniz məhsullarının, həqiqətən də, xüsusi yeri var. Suşi bir dəniz məhsulu olaraq indi bütün dünyada məşhurdur. Yapon mətbəxi dedikdə ağıla ilk gələn yemək şübhəsiz suşi olur. Ona görə də Yaponiyadan suşi yemədən qayıtmayıb. Görünüşünə görə suşiyə çox bənzəyən Onigiri, qurudulmuş dəniz yosunu ilə əhatə olunmuş suşi düyü ilə hazırlanan çox məşhur Yapon yeməyidir. Ortada gavalı, karides, toyuq, tuna və ya qızılbalıq ola bilər.
Kobe mal əti çox bahalı alternativdir, lakin Yaponiyada kifayət qədər məşhurdur. Yaponiyada maldarlıq üçün uyğun struktur olmadığından qırmızı ətin keyfiyyətinin yüksəldilməsi üçün davamlı səylər göstərildi və nəhayət, Kobe mal əti əmtəə nişanı kimi qeydiyyata alındı və 1943-cü ildə Yapon mətbəxinə daxil oldu.
Onigiri, əslində, düyü plovunun bir növü olan Gohan, Yaponiyada günün hər yeməyində yeyilə bilən çox ümumi bir yeməkdir. Yaponlar hətta səhər yeməyində onu çiy yumurta ilə yeyirlər. Soya sousu və ya Yaponiyaya xas olan digər souslarla qarışdırıldıqda əsas yemək kimi yeyilir.Yaponiyanın müxtəlif şəhərlərinə getdiyiniz zaman ramenin hər bölgədə fərqli hazırlanma üsulunun olduğunu görəcəksiniz. Ramen, əslində, Çin mənşəli yeməkdir, daha doğrusu şorbadır. Şorbada verilən əriştə Yaponiyada ramen adlanır. Adətən, bulyondan hazırlanır və qurudulmuş dəniz yosunu, yaşıl soğan və qarğıdalı kimi maddələr əlavə edilir. Çiy balıq kimi təyin edə biləcəyimiz saşimi Yaponiyanın əsas yeməklərindən biridir. Onlara soya sousu və çox incə dilimlənmiş vasabi ilə nazik dilimlərə kəsilmiş balıq əti verilir. Burada vacib məqam odur ki, balıq çox təzə olmalıdır.
Mənbə:hisglobal
Tərcümə etdi:Aynur Mikayılova
