Əksər bulud adları Latın dilindən gəlir və adətən, aşağıda verilmiş prefiks və şəkilçilərin birləşməsindən yaranır.
Stratus: Strato düz, laylı və hamar deməkdir.
Cumulus: Cumulo gül kələm kimi yığın, şiş deməkdir.
Cirrus: Cirro yüksək və nazik deməkdir.
Nimbus: Nimbo yağış buludu deməkdir.
Müəyyən bir hündürlükdə hava soyuduqda, buxar su damlalarına çevrilir və buludlar əmələ gətirir. Bu damcılar havadan daha sıx olsalar da, çox kiçik olduqları üçün tez deyil, çox yavaş düşürlər.
Orta hesabla bir buludda hər kubmetrdə cəmi 0,5 qram su var. Bu su kiçik hissəciklər halında qaldıqca, bulud yerdən yüksələn isti hava ilə səmada qalmağa davam edir. Zərrəciklər birləşib kifayət qədər ölçüyə çatdıqda cazibə qüvvəsinin təsiri ilə yağış kimi yerə düşürlər.
Buxarlanmış suyun səmaya qalxmasının səbəbi yüngül olmasıdır. Hava Azot və Oksigen qarışığından ibarətdir və bir kubmetr havanın sıxlığı 1,225 kq-dır. Su buxarı molekulu bir oksigen və iki hidrogen atomu ilə daha yüngüldür; Orta temperaturda və təzyiqdə bir kubmetrin sıxlığı 0,804 kq-dir. Buna görə də buludların ümumi çəkisi tonlara çatsa da, səmada asılı olaraq qalır.
Mənbə:BBC news
Tərcümə etdi:Aynur Mikayilova
