Bu gün:

Allergiya simptomları hansılardır?


Allergiya, əslində, zərərli olmayan bəzi maddələrin və ya hava şəraitinin bədənin təsirlənməsi və ya psixoloji faktorlar nəticəsində bəzi maddələrə həddindən artıq reaksiya verməsidir. Normalda orqanizmi qoruyan immun sistemi bəzi insanlarda zərərli olmayan bəzi maddələrə həddindən artıq reaksiya verir. Bu reaksiyalara "allergiya" deyilir. 

Allergiya son illərin ən mühüm sağlamlıq problemlərindən biridir. Təbii həyatdan ayrılıq və sənayeləşmə, ətraf mühitin çirklənməsi və kimyəvi maddələrin həyatımıza daxil olması, xüsusilə, uşaqlarda allergiya hallarını artırır. Bu nisbəti artıran digər səbəb isə diaqnoz və müalicə üsullarının əvvəlki illərə nisbətən çox daha uğurlu olmasıdır. İş o yerə çatıb ki, dünyaya nəzər saldıqda Avropa, Amerika kimi inkişaf etmiş ölkələrdə allergiyanın nisbəti bizdəkindən qat-qat yüksəkdir.

Uşaqlarda allergiya olub-olmadığını öyrənmək keçmişə nisbətən daha asandır. Müayinədən sonra uşaq allerqoloqu allergiya şübhəsi olan uşaqlar üçün hansı allergiya testinin uyğun olduğuna qərar verməlidir. Müayinə şikayətlərin tarixini sorğuladıqdan sonra əvvəlcə xəstəliyin nə olduğunu müəyyənləşdirir, sonra isə xəstəliyin allergik olub-olmadığını müəyyənləşdirir. Qanda yüksək səviyyədə allergiya və dəri testi xəstəlik haqqında qəti nəticə verir. Ancaq hər bir allergik xəstəlik üçün tələb olunan allergiya testləri fərqlidir. Nəticənin effektivliyi baxımından uşağın ən azı 5 yaşında olması böyük əhəmiyyət kəsb edir. Yeni müalicə üsulları sayəsində allergiyası olan uşağın ömür boyu dərman qəbul etməsinə ehtiyac qalmaya bilər.

İlk allergiya ana südü ilə başlaya bilər

Hətta ana südü bəzi körpələrdə allergiyaya səbəb ola bilər. Bəzi ana südü ilə qidalanan körpələrdə dəri səpgiləri və qanlı nəcis kimi özünü göstərən süd allergiyası müşahidə oluna bilər. Bu növ allergiyalar inək südü və ananın qəbul etdiyi məhsullar körpənin bağırsağı tərəfindən sorula bilmədikdə inkişaf edir. Allergiyaya səbəb olan qidaları ananın pəhrizindən çıxarmaqla körpədə görünən allergiya da aradan qalxa bilər. Ananın südü olmadığı hallarda körpəyə xüsusi qarışıq yemək lazım ola bilər.

Mənbə: acibadem
Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et