Knalizasiya qapaqlarının yuvarlaq olduğunu görmüsünüz. Bəs niyə kanalizasiya qapağı yuvarlaqdır? Lyük qapağının yuvarlaq olmasının xüsusi səbəbi varmı?

Lyük qapaqlarının əksəriyyəti yuvarlaqdır. Qapaqların yuvarlaqlığı bir çox iş müsahibəsində namizədlərə verilən sualdır. İş müsahibəsində bu sualı verməkdə məqsəd düzgün cavabdan daha çox düşünmə qabiliyyətinizi ölçməkdir.
Bəs niyə kanalizasiya qapağı yuvarlaqdır?
Kanalizasiya qapağının yuvarlaq olmasının səbəbi qapağın ətrafındakı torpaq təzyiqinə qarşı müqaviməti artırmaqdır. Dəyirmi forma təzyiqə qarşı ən uyğun formadır. Dəyirmi örtüklər hazırlamaq kvadrat və ya düzbucaqlı örtüklərdən daha asandır.
Dəyirmi forma boşluğa daha rahat yerləşdirilə bilir. Kanalizasiya qapaqlarının yuvarlaq olmasının ən böyük səbəbi dəyirmi formaların eyni ölçülü dəliklərdən aşağı düşməməsidir. Qapağı tutan haşiyə düşməyi tamamilə qeyri-mümkün edir, çünki qapaq həmişə çuxurdan daha genişdir.
Kvadrat və düzbucaqlı örtük diaqonal olaraq çuxura düşə bilər. Eyni şey yuvarlaq qapağa aid deyil.
Mənbə: Milliyet
Tərcümə etdi: Sevil İsmayılova
