Bunun ABŞ və ya Böyük Britaniyada kütləvi çaxnaşmaya səbəb ola biləcəyi ehtimal edilsə də, "hörümçək yağışı" Avstraliyanın bəzi yerlərində baş verən təbii hadisədir.

Avstraliyada bəzi hörümçək növləri bitkilərin və ağacların zirvələrinə çıxaraq torlarını kiçik paraşüt kimi istifadə edərək köç edirlər. Daha sonra küləklə başqa yerlərə uçururlar. Hörümçəklərin sayı kifayət qədər çox olduqda yağış və qarı xatırladan görüntülər yaranır. Azalan hörümçək torları bu mənzərələri yaradır. Üstəlik bu torlar müəyyən müddətdən sonra öz-özünə əriyib yox olur. Avstraliyada bu təbiət hadisəsinə “hörümçək yağışı” və ya “mələk tükü” deyirlər. Avstraliyada bu günə qədər ən böyük hörümçək yağışı 1974-cü ildə Alberi şəhərində olub.
Mənbə: Enfold
Tərcümə etdi : Zəhra Niftiyeva
